XƏBƏRLƏR

07 April 2016

2016-cı il aprelin 7-də Xəzər Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin komandası sosial şəbəkələrin birində əcnəbi müraciətçilər üçün canlı sual-cavab sessiyası keçirdi.

06 April 2016

2016-cı il aprelin 6-da Xəzər Universitetində NİZAMİ ERASMUS+ “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanı tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində əməkdaş universitetlərin görüşü davam etdirildi.

06 April 2016

2016-cı il aprelin 6-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “International Group for Educational Consultancy” (IGEC, Təhsil Məsləhəti üzrə Beynəlxalq Qrup) şirkətinin nümayəndələri ilə universitetinin “Neftçilər” kampusunda görüşdü.

05 April 2016

2016-cı il aprelin 5-də Xəzər Universitetində NİZAMİ ERASMUS+ “Azərbaycanda doktorantura təhsilinin Avropa Ali Təhsil Məkanı tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində əməkdaş universitetlərin növbəti görüşü keçirildi. Tədbirdə Xəzər Universitetinin rəhbərliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları, beş Avropa, bir Türkiyə və doqquz Azərbaycan universitetindən əməkdaşlar, Azərbaycan Milli Erasmus + ofisinin rəhbəri və əməkdaşı iştirak edirdilər.

05 April 2016

2016-cı il aprelin 5-də Xəzər Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Xəzər Universitetində Azərbaycanda multikulturalizm mövzusuna həsr olunmuş görüş keçirildi.

05 April 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 fevral 2016-cı il tarixli qərarı ilə Xəzər universiteti Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovaya musiqi və incəsənət kafedrası üzrə dosent elmi adı verilmişdir.

05 April 2016

2016-cı il aprelin 5-də “Dünya” məktəbinin İB proqramında təhsil alan tələbələri üçün həmin məktəbdə Xəzər Universiteti haqqında təqdimat keçirildi. Təqdimat Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən təşkil olunmuşdu.

04 April 2016

2016-cı il aprelin2-si və 3-də Bakı şəhərində “Akademi Qrup”un təşkilatçılığı ilə Türkiyə Universitetlərinin təhsil sərgisi keçirildi. Sərgidə Tükiyədən çoxlu sayda universitet – Boğaziçi, Bilkent, İstanbul­-Aydın, Fatih, Kahramanmaraş Sütçü İmam və digər universitetlər iştirak edirdi.

04 April 2016

Gündəlik ictimai-siyasi nəşr olan “Kaspi” qəzetinin 1 aprel 2016-cı il tarixli nömrəsində Aygün Asimqızının “Özəl universitetlər savadlı tələbələrə nə kimi güzəştlər edir?”adlı məqaləsi dərc olunmuşdur.

01 April 2016

Aprelin 1-də Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Norveçin Azərbaycandakı səfiri Bard Ivar Svendsen Norveçin regional inteqrasiya proseslərində iştirakı haqqında mühazirə ilə çıxış etdi. Mühazirədən əvvəl o, Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü.

Film about Khazar University