Xəzər Universitetinin əməkdaşının məqaləsi IV Beynəlxalq Təhsil Konfransına təqdim edildi

2019-cu il mayın 3-də Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin “Mükəmməllik”liyin əcnəbi tələbələr arasında xroniki yorğunluq sindromuna təsiri” (“The effect of Perfectionism on Chronic Fatigue Syndrome among International students”) adlı məqaləsi ADA Universitetinin Azərbaycan Təhsil Nazirliyi və GCRF COMPASS (BK) ilə birgə təşkil etdiyi IV Beynəlxalq Təhsil Konfransında təqdim edilmək üçün qəbul olunmuşdur.

Konfransın məqsədi dünyanın müxtəlif ölkələrində və Azərbaycanda tədris strategiyalarını təhlil etmək, gələcək addımları, inkluziv və keyfiyyətli təhsil sisteminə dair müxtəlif tövsiyələri müzakirə etmək üçün milli və beynəlxalq təhsilin inkişafı ilə maraqlanan alimlər, müstəqil tədqiqatçılar, təhsil işçiləri, tələbələr və digər maraqlı tərəfləri bir araya gətirməkdir.

Film about Khazar University