Karyera Sərgisi başa çatdı

2019-cu il mayın 31-də Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə Karyera Sərgisi keçirildi. Universitetin rektoru dosent İradə Xəlilova qonaqları salamlayaraq, tədbiri açıq elan etdi. Sərgidə AIESEC Azərbaycan, Azercell, AZTELEKOM, Baker Tilly, DELOİTTE Azerbaijan, ENCOTEC, Ernst&Young, European Azerbaijan School, GİLAN HOLDİNG, KAİNAT Tədris Mərkəzi, KPMG, METAK LLC, PMD Projects, Standard İnsurance, Atashgah Insurance kimi ölkənin qabaqcıl şirkətləri iştirak edirdilər.

Universitetin tələbə və məzunları sərgidə iştirak edərək, iştirakçı şirkətlərin verdiyi anket formalarını doldurur və öz CV-lərini təqdim etdilər. Bundan başqa, sərgidə tələbələri maraqlandıran suallar da cavablandırıldı.

Film about Khazar University