@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN
İlk səhifə Xəzər haqqında İctimai və xeyriyyə layihələri

3N-li Günəş uşaq evi ilə dostluq

O dostluq ki, 20 ildə artıqdır ki, bizi birləşdirir. Biz onların ehtiyaclarını bilərək imkanımız daxilində əlimizdən gələni edirik.

  • Əlaqələrimizin qurulduğu illər ərzində Universitet 8 uşağa himayəçilik edərək onlara bakalavr və magistr səviyyələrində ali təhsil vermişdir.
  • İnstituta hazırlıq ərəfəsində Xəzər Universitetinin tələbələri ali məktəblərə qabul olmaq istəyənlərə Riyaziyyat, Tarix və ingilis dili kimi fənnlərdən yaxından köməklik göstərmişlər.
  • Bu 20 il ərzində Xəzər Univeristeti 14 subay gəncin ailə həyatı qurmağına görə hər cür imkan yaratmışdır. Onlara rahat yaşayışları üçün lazım olan əşyalar, mübellər alınaraq hədiyyə edilmiş, təmtəraqlı toylar təşkil olunmuş və bu məclislərdə universitet tələbə və əməkdaşları fəal iştirak etmişlər.
  • Uşaq evində xalçaçılıq sənətinin öyrənilməsi üçün Universitet tərəfindən xana hədiyyə edilmişdir.
  • Bu illər ərzində Günəş uşaq evinin kitabxanası kitablarla zənginləşdirilmiş, əyləncə xarakterli komputer aparatları, uşaqların marağına səbəb olan müxtəlif filmlər və oyunlarla təmin edilmişdir.
  • Biz bütün bayramlarımızı onlarla qeyd etmək üçün ciddi hazırlaşırıq. Xüsusən Yeni il və Novruz bayramlarını onlarla birlikdə keçirməyimiz bu balaca balaların xoşbəxtliyinə səbəb olur. Yeni ildə tələbələrdən seçilmiş Şaxta Baba, Qar qız və klounlar çoxlu hədiyyələrlə uşaqların üzünü güldürür. Tələbələrimiz tərəfindən milli bayramımız olan Novruzda adət-ənənəmizə uyğun olan şəkərbura, paxlava, qoğal, badambura, boyanmış yumurtalarla bəzədilmiş xonçalar isə bu körpələrə xüsusi sevinc bəxş edir. Bu bayramlarda tələbələrlə körpələrin sevgisi birləşərək böyük və doğma bir ailə tablosuna çevrilir. Bizim uşaq evi Günəş adlanır və biz həmişə çalışırıq ki, bu körpələrin günəşli günləri çox olsun.

 

Qocalar Evi

Xəzər Universiteti 10 ildən artıqdır ki, Qocalar evi ilə yaxın təmasdadır. Qurban, Novruz və Pasxa bayramlarında tələbələrimizin onları ziyarət etməsi nənə və babalarımızın ürəklərinin gülməsinə səbəb olur. Onların ziyarətinə hədiyyələrlə, konsert proqramı və böyük sevgi ilə getməyimizi səbirsizliklə gözləyirlər. Dövlətimiz onalrın rahatlığı hər cür şərait yaradır. Hər bir otaqda televizor, xalça, lazım olan əşyalar vardır. Ən əsası isə onların sağlamlığı üçün normal qidalanma təmin edilir. Lakin gözləri yolda olan nənə və babalarımızın nəvazişə ehtiyacı daha çoxdur. Onların sevgi ilə dolu olan qucağa, mehriban sözlərə ehtiyacları daha çoxdur və biz çalışırıq ki, onların gözlədikləri bu nəvazişi böyük istəklə onlara bəxş edək.

 

Tələbələrimiz müharibə veteranlarını da unutmur 

Müharibə veteranları bayramlarda ən çox arzuolunan qonaqlarımızdandır. 9 may qələbə gününü onlarla birlikdə qeyd edərək qonaqlarımıza hədiyyələr və çiçəklər təqdim edirik. Xüsusən 92 yaşlı Qalina Samulivnanı, 86 yaşlı Sara xanımı, 88 yaşlı İbrahim Məmmədoğlunu bizim tədbirlərdə tez-tez görmək olar. Lakin ən çox onları sevindirən təbələrimizin onlara qonaq getməsi, birlikdə çay dəstgahı ətrafında cavanlıq xatirələrindən böyük həvəslə danışaraq vaxt keçirməkləridir. 

 

3 ildir ki, əlillər məktəbində təhsil alan uşaqlarla görüşürük...

Onların arasında böyük istedada sahib olan Cümşüd, İsmayıl kimi uşaqlar çoxdur. Xüsusən İsmayılı qeyd etmək istəyirik. Universitetdə onun çəkdiyi rəsm əsərlərinin sərgisini keçirdərək toplanan 319 AZN gəlir İsmayıla verildi. Bəlkə də bu böyük məbləğ deyil... Amma bu gəlir onun əziyyətinin bəhrəsi, ona həyatda bundan sonra öz əməyi ilə nəyinsə qazanmağın mümkünlüyünü göstərən stimul idi. Uşaqların fiziki cəhətdən çatışmamazlıqları onların istədikləri, arzu etdikləri uşaqlıq həyatını keçirməklərinə mane olur. Bizim tələbələr bu uşaqları müxtəlif tamaşalara, konsertlərə apararaq, onlarla səmimi ünsiyyət qurur və bir növ həyatlarına rəng qatırlar.

 

Qan donarlığı

Univeristetimizin tələbələri könüllü olaraq daimi ən fəal şəkildə və can-başla qan donarlığı kompaniyalarına qoşulurlar. Bununla bağlı aldığımız diplom və sertifikatlar  bunu bir daha sübut edir.

 

Dünya məktəbinin xeyriyyə tədbirləri

  • Mərdəkan qəsəbəsi 3 saylı uşaq evinə  dəfələrlə yardım edilib
  • Bilgəh qəsəbəsi müharibə və əmək əlillərinə yardım (qocalar evi)
  • Anadangəlmə iflic xəstəliyindən əziyyət çəkən 15 yaşlı Şabran rayon sakini Ağamalıyev Rəsul Şakir oğlunun 2 dəfə ayaq cərrahiyyə əməliyyatı reallaşdırılıb. Bundan əlavə ildə bir neçə dəfə Ağamalıyev Rəsulun reabilitasiya məqsədi ilə müalicəsi həyata keçirilir.
  • Yasamal rayonunda yerləşən imkansız ailələrdəki xəstə və əlillər üçün yardım edilib və s.