@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Müstəqilliyimizin bərpasının

Xəzər Universitetinin quruluşunun

25-ci ildönümü münasibətilə

Sosial və Humanitar Sahələr Üzrə Təhsil Alan Tələbələrin

Birinci Milli Forumu

25 May 2016

 

“Azərbaycanda Cumhuriyyət, Sovet, Müstəqillik dövrləri və Gələcəyimiz”

(Siyasi, iqtisadi, ictimai, elmi və mədəni  baxış)

 

Məqsəd: Forumun məqsədi sosial və humanitar sahələr üzrə təhsil alan Azərbaycanlı gənclərin tədqiqatçılıq və akademik yazı hazırlama bacarıqlarını inkişaf etdirmək, gənçlərdə elmi tədqiqata maraq yaratmaq,  araşdırma aparmaq və araşdırmanın nəticələrini təqdim etmək qabiliyyətlərini artırmaqdır. 

Mövzular: Foruma Azərbaycanda Cumhuriyyət, Sovet, Müstəqillik dövrlərinə dair  siyasi, iqtisadi, ictimai, təhsil, dil və ədəbiyyat, mədəniyyət sahələrinin vəziyyəti, inkişafı və qeyd olunan sahələrdə aparılan islahatlar haqqında kiçik elmi tədqiqatlarla müraciət etmək olar.  

İştirak şərtləri: Forumda iştirak etmək üçün bakalavr pilləsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri və magistratura pilləsində təhsil alan tələbələr müraciət edə bilərlər. Konqresdə iştirak etmək istəyən tələbələr müraciət formasını və aşağıda qeyd olunan standartlar əsasında tərtib edilən tezisi 13 may 2016-cı il tarixə qədər qeyd olunan ünvana göndərməlidir.

Müraciət üçün ünvan: telebeforumu@khazar.org

Müraciət üçün son tarix: 13.05.2016

Müraciət forması: (endirmək üçün keçid)

Tezis yazma standartları: (endirmək üçün keçid)

Tədbirin tarixi: 25 may 2016-cı il

Tədbirin yeri: Xəzər Universiteti, Neftçilər Kampusu