@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Khazar University
AZ | EN
Home Academics Academic Departments Music and Fine Arts Khazar University Chamber Orchestra

chember

 

chember

 

chember
   
chember

 

chember

 

chember
 

Abbasquliyeva Zərif Rza qızı

2005-ci ildə Sumqayıt Musiqi Texnikumının skripka sinfinə daxil olmuş, oxuduğuillər ərzində müxtəlif konsert və müsabiqələrdə iştirak etmişdir. 2007-ci ildə Sumqayıt İcra Hakimiyyətinin təşəbbüsü ilə Almaniyanın Lyüdvigshafen şəhərində bir sıra konsertlərdə iştirak etmişdir. 2008-ci ildə Musiqili Komediya Teatrının orkestr  artisti  vəzifəsinə qəbul olunmuş, 2009-cu ildə Sumqayıt MusiqiTexnikumını bitirdikdən sonra Bakı Musiqi Akademiyasının skripka sinfinə daxil olmuş, 2012-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirmişdir. Hal Hazırda Xəzər Universitəsinin Kamera ansanblında solist vəzifəsində çalışır.

   Yusufzadə Ağamurad Faiq oğlu

10 iyul 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2003-cü ildə 167 saylı ümumtəhsil məktəbin I sinfinə, eyni zamanda Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbinin qoboy ixtisasi üzrə və Rza Hüseynağa oğlu Abasquliyevin sinfində təhsil almışdır.

Oxuduğu illər ərzində bir sıra konsertlərdə iştirak etmişdir. 2011-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq musiqi və incəsəsnət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II respublika müsabiqəsində iştirak edərək II Dərəcəli Diploma layiq görülmşüdür.

2008-ci ildən 2011-ci ilədək Dövlət Uşaq Filarmoniyasının ‘Nərgiz’ uşaq xorunun üzvü, 2009-cu ildən 2011-ci ilədək bəstəkar Rauf Babayevin rəhbərlik etdiyi 'Bəri bax’ vokal qrupunun solisti olmuşdur.

2011-ci ildə Milli Konservatoriya nəzdində Musiqi kollecinin orkestr alətləri ixtisas qoboy üzrə I kursuna qəbul olunub və hal-hazırda III kursda təhsil alır.

2011-ci ildən xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət gənc simfonik orkestrinda, 2013-cü ildən Azərbaycan Dövlət Nəfəs alətləri orkestrında, eyni zamanda Xəzər Universitəsinin Kamera ansanblında calışır.

    Mustafayeva Tahirə Əlipaşa qızı 

Mustafayeva Tahirə Əlipaşa qızı 28.03.1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə 212 saylı orta məktəbə, 1995-ci ildə isə 8 saylı uşaq musiqi məktəbinə, 2004-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə, 2006-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. Bu illərdə 1997-ci ildə pianoçu və skripkaçıların Bakı musiqi müsabiqəsində iştirak edərək Q.Qarayev adına № 8-li uşaq musiqi məktəbinin violonçel ixtisası üzrə uğurlu çıxışıma görə ilk diplomla təltif olunmuşdur. 1998-ci ildə 8 saylı uşaq musiqi məktəbinin violonçel ixitsası üzrə Qara Qarayev adına II Bakı müsabiqəsinin qalibi olaraq II dərəcəli diplomla təltif olunmuşdur. 1999-cu ildə Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin Respublika müsabiqəsinin laureatı olaraq Bakı şəhər 8 saylı uşaq musiqi məktəbinin violonçel ixtisası üzrə keçmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən II dərəcəli diplomla təltif olunmuşdur. 2000-ci ildə Uşaq Musiqi və İncəsənət məktəblərinin "Qönçə-2000" devizi ilə keçirilmış V Bakı uşaq musiqi festivalında uğurlu çıxışına görə Q.Qarayev adına 8 saylı uşaq musiqi məktəbinin violonçel ixtisası üzrə "Fəxri-Fərman"-la, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuduğu illərdə  görkəmli pianoçu, pedaqoq Kövkəb xanım Səfərəliyevaya həsr edilmiş gənc ifaçıların I Musiqi festivallarında uğurlu çıxışlarına görə (Kvintet və Solo ifa) Fəxri Fərmanlarla təltif olunmuşdur. Daha sonra isə Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər musiqi müsabiqəsinin laureatı adına layiq görülmüşdür. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi məktəbinin IX Respublika musiqi müsabiqəsində iştirak edərək I dərəcəli diplomla təltif edildim. 2005-ci ildə isə Kövkəb xanım Səfərəliyeva adına gənc ifaçıların III festivalında uğurlu çıxışına görə "Fəxri Fərman"-la təltif olunmuşdur. 2006-cı ilin mart ayında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının orkestr artisti vəzifəsinə, həmin ilin yay aylarında isə Bakı Musiqi Akademiyasının Simli alətlər üzrə - Violonçel ixtisasına qəbul edilmişdir. 2010-cu ildə Bakı Musiqi Akademiyasının Simli alətlər fakültəsinin Violonçel üzrə bakalavr dərəcəsini Fərqlənmə Diplomu ilə bitimiş və ixtisasını devam etdirərək 2011-ci ildə həmin fakultənin Violonçel ixtisası üzrə Magistratura pilləsinə qəbul olunmuşdur. 2013-cü ilin yay ayında həmin ixtisas üzrə Fərqlənmə diplomu ilə mükafatlandırılmışdır. Hal-hazırda M. Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının orkestr artisti və Bakı Musiqi Akademiyasının Simli alətlər şöbəsi olan Violonçel ixtisası üzrə konsertmeyster vəzifəsində eyni zamanda Xəzər Universitəsinin Kamera orkestranda çalışır.

 


 

 

chember

 

chember

 

chember
 
 

Qulamov Vaqif

1987ci ildə anadan olmuşdur. Erkən yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. 1998 ci ildə şəhərlər arası keçırilən müsabiqədə 1ci yerə layiq gürülmüşdür. Təhsil aldığı müddətdə bir çox  müsabiqə və festivalların iştrakçısı olmuşdur.

2008-ci ildə Türkmənistanın  Aşğabad şəhəridə keçirilən beynəlxalq festivalda iştirak etmişdir.

Hal-hazırda Bakı musiqi akademiyasında təhsilini davam etdirir və Xəzər Universitəsinin Kamera ansanblında çalışır.

   

HƏZİYEV  ELXAN

15 dekabr 1966-cı ildə Azərbaycanın Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. İlk musiqi təhsilini 1973-84 illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1984-91-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatorıyasını bitirmiş, tam ali təhsil almışdır.

1984-86-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştrak etmişdir.

 1988-90-cı illərdə Moskva şəhərində keçirilən Beynəlxalq Musiqi festivallarında xüsusi mükafata layiq görülmüşdür.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin tərkibində çalışdığı illərdə bir çox beynəlxalq festival və müsabiqələrin iştrakçısı olmuşdur.

Fransa,Belarusiya,Moldova,Ukraina,İran İslam Respublikası, Tacikistan kimi ölkələrdə Azərbaycan mədəniyyəti günlərində iştrak etmişdir.

Hal hazırda Xəzər Universitetinin Kamera ansanblında çalışır.

   

Axundova Səbinə Rasim qızı

22 sentyabr 1992 ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsil ilə bərabər M.Rastrapoviç adına 21 saylı musiqi məktəbində ilk musiqi təhsilini almış, 2009-13 illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təhsilini davam etdirmiş, təhsil aldığı müddətdə bir çox müsabiqə və fesyivallarda uğurla iştirak etmişdir.

2010-cu ildən Azərbaycan Dövlət televiziya və radio radio Q.S.C-nin estrada orkestrinin tərkibində orkestr artisti kimi fəaliyyət göstərir.

Eyni zamanda Xəzər Universitəsinin Kamera ansanblında çalışır.

 

 

chember

 

chember

 

chember
 
 

Babayev Fərid Nazim oğlu.

1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

İlk musiqi təhsilini 23 saylı uşaq musiqi məktəbində almış, oxuduğu illər ərzində keçirilən bir çox müsabiqə və festivallarda uğurla çıxış etmişdir.

2005-ci ildə xalq artisti T.Göyçayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət gənclər simfonik orkestrində öz fəaliyyətinə başlamışdır. Həmin müddətdə bu kollektivlə dünyanın bir çox ölkələrində səfərlərdə olmuşdurlar.

2007-ci ildə Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasının nəfəs və zərb alətləri fakultəsinin faqot ifaçılığı üzrə əməkdar artisti İ.Hacıyevin sinifinə daxil olmuş və 2011ci ildə bitirmişdir.

 2009cu ildə Azərbaycan Televiziya və Radio verlişləri Q.S.C-nin Niyazi adına simfonik orkestrində öz fəaliyyətinə başlamış, hal hazırda Xəzər Universitəsinin Kamera ansanblında çalışır.

 

Abasquliyev Həsən Rza oğlu.

1990-cı ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşdur.Ailə ənənəsinə çevrilmiş musiqi məşğuliyyəti gənc ifaçıda ilk günlərdən böyük maraq oyatmışdır.İlk musiq təhsilin valideyinlərindən və Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır.Təhsil aldığı müddətdə bir çox respublika müsabiqə və festivallarında iştrak etmişdir.2008-2012 illərdə Baki musiqi akademiyasında ali təhsil almışdır.M.Rastrapoviç adına Beynəlxalq festivalında ,Fransa, Rusiya və s. ölkələrdə uğurla çıxış etmişdir.

Hal hazırda Xəzər Universitəsinin Kamera ansanblının konsertmeystr vəzifəsində çalışır.

 

Mütəllibova Nərgiz Yaşar qızı

1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995ci ildə BülBül adına orta ixtisas musiqi məktəbində Fleyta ixtisası üzrə təhsil almağa başlamışdır.

Burada təsil aldığı müddətdə ölkədə  keçirilən bir cox müsabiqə,festival və digər tədbirlərdə uğurla çıxış edir.

1.N.Əliverdibəyov adına III və IV gənc ifaçıların müsabiqəsi

2.F.Əmirov adına nəfəs alətləri İfaçılarının müsabiqəsi

3."Caspian jazz and blues " 2002,2003 festivalları

4.K.Səfərəliyeva adına gənc ifaçıların festivalı  və.s.

2006-cı ildə Bakı musiqi akademiyasının Fleyta ifaçılığı üzrə professor,xalq artisti M.Ağamalızadənin sinifinə daxil olur və 2010cu ildə fərqlənmə diplomu ilə bitirir.

2011 ci ildə Rusiya Federasiyasının P.İ.Çaykovskiy adına konservatoriyasında ifaçılıq sənətinin təkmilləşməsi proqramı üzrə təhsil almış və uğurla bitirmişdir.

2007-ci ildə Əməkdar incəsənət xadımı,Azərbaycan dövlət Musiqili teatrnın baş dirijoru N.Hacıəlibəyovun təşəbbüsü ilə həmin teatrın orkestr artisti kimi fəaliyyətinə başlayır və bu günə kimi davam etdirir.

2012ci ildə Gənc ifaçı Bakı Musiqi akademiyasına Magistr dərəcəsinə yiyələnmək üçün daxil olur və hal-hazırda Opera və simfonik dirijorluğu fakultəsində,professor,xalq artisti Y.Adıgözəlovun sinifində təhsil alır. 

Eyni zamanda Xəzər Universitəsinin Kamera ansanblında ifaşı, direktor vəzifəsində çalışır.