@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

“Xəzər”in doktorantının məqalələri aparıcı jurnallarda

 

Xəzər Universitetinin doktorantı Mirdamad Yosofi Sadatin “Qloballaşma və Beynəlxalq Qadın Hərəkatı” (Globalization and International Women’s Movement) adlı məqaləsi Journal of Current Research in Science ((ISSN 2322-5009) CODEN (USA): JCRSDJ 2015, Vol. 3, No. 6, pp: 39-44) adlı jurnalda dərc olunmuşdur. Məqalədə Səudiyyə Ərəbistanı kimi mühafizəkar cəmiyyətlərdə qadın hərəkatı və feminizmin formalaşmasında yerli və qlobal faktorların qarşılıqlı əlaqəsi nəzərdən keçirilir.

Doktorantın “1979-cu il inqilabından sonra transmilli feminizmin İran qadınlar hərəkatına təsiri” (The impact of transnational feminism on women’s movement after 1979 Revolution in Iran) adlı məqaləsi digər bir nüfuzlu beynəlxalq jurnalda – International Journal of Life Sciences and Pharma Research (ISI Thomson Reuters, Coverage: Emerging Sources Citation Index, Web of Science) jurnalının 2016-cı il 2-ci sayında çapa hazırlanır.

 

 

 

Xəzər Universitetində beynəlxalq jurnallarda dərc edilmiş elmi məqalələrə görə professor-müəllim heyətinin stimullaşdırılması haqqında əsasnamə təsdiq edilmişdir

Əsasnamə professor müəllim heyətinin elmi fəaliyyətini stimullaşdırmaq, onların beynəlxalq elmi mühitə daha sıx inteqrasiyasını təmin etmək, elmi fəaliyyətin kəmiyyət və keyfiyyət göstöricilərini yüksəltmək və beynəlxalq jurnallarda çap olunan məqalələrin sayını artırmaq məqsədilə hazırlanmışdır.

Bu əsasnamə beynəlxalq aləmdə tanınmış jurnallarda dərc olunan hər bir məqaləyə görə müəlliflərə birdəfəlik mükafatların (qonorar) verilməsi üzrə qayda və prosedurları müəyyən edir.

 

 


 

Xəzər Universitetində Elmi Nəşrlərin Yazılmasına Dəstək Mərkəzi yaradıldı

Xəzər Universitetində yaradılmış Elmi Nəşrlərin Yazılmasına Dəstək Mərkəzinin əsasnaməsində göstərilir ki, Mərkəzin əsas məqsədi elmi fəaliyyətin inkişafı və dünya səviyyəsində elmi tədqiqatların aparılması ilə yanaşı, professor-müəllim heyətinin beynəlxalq aləmdə tanınmış (Web of Science- Thomson Reuters kimi) jurnallarda məqalələrinin dərc olunmasına dəstək verilməsi və onların sayının artırılmasından ibarətdir.


“Xəzər”in doktorantının məqaləsi çap olundu

 Xəzər Universitetinin doktorantı İbrahimova Firuzə Şakir qızının Ukraynanın “Dövlət və Reqionlar” (“Держава та регіони”) jurnalının “Humanitar elmlər” (Гуманітарні науки) seriyasının 2-ci buraxılışında (No.2; 2015) “Kommunikativ səriştə modellərinin inkişafı” (Развитие моделей коммуникативной компетенции) adlı məqaləsi çap olunmuşdur.

Məqalə kommunikativ səriştə konseptindən və onun modellərinin keçdiyi tarixi inkişaf yolundan bəhs edir. Müəllif, eyni zamanda, kommunikativ səriştə modellərinin sosiolinqvistika ilə əlaqəsinə də toxunmuşdur.

 

 

 


Müasir İctimai Həyat Paradiqmaları” Xəzər Universitetinin doktorantının ilk kitabıdır. (Bakı, “Nafta-Press” nəşriyyatı, 2015, 126 səhifə)

 

 

Xəzər Universitetinin Beynəlxalq Münasibətlər Fakultəsinin Doktorantı Məmmədov Şəhriyar Ağamirzə oğlu,   fəlsəfə doktoru İbrahimov  Hüseyn Qasım oğlu ilə həmmüəllif olduğu “Müasir İctimai Həyat Paradiqmaları” adlı elmi kitabı “Nafta-Press” nəşriyyatı tərəfindən nəşr olunmuşdur.

Kitabda   müasir ictimai həyat paradiqmalarından bəhs edilir, Azərbaycanda mədəniyyətlərin dialoqu və.s kimi mühüm məsələlərin araşdırilmasına və  təhlilinə geniş yer verilir. 

Məcmuə həm də qloballaşan dünyada bəzi mühüm paradiqmaların daha ətraflı öyrənilməsi istiqamətində aydın elmi fikir formalaşdırır. Elmi düşüncələrin müasir dövrdə aktual istiqamətlərinin sosio - mədəni inkişaf tixafomiyaları təhlil və araşdırma predmetini təşkil edir.   

Vəsait ictimai və siyasi fənlər sahəsində fəaliyyət göstərən geniş oxucu kütləsi və tədqiqatçılar üçün faydalı məlumat mənbəyidir.

 


 

 


Xəzər Universitetinin doktorantura tələbəsinin Elmi jurnalda məqaləsi çap olundu

 

2015-ci ilin dekabrnda Xəzər Universitetinin doktorantura tələbəsi Rima Məmmədovanın “Etik dilema haqqında praktiki iş (təşkilatın resurslarından sui istifadə)” adlı məqaləsi Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalının İctimai elmlər seriyasında (№6 (71),2015) çap edilib. Məqalədə müəllif biznes etikası və təşkilatın resurslarından düzgün istifadə edilmədikdə yarana biləcək etik problemlər haqqında müəyyən ədəbiyyatlar nəzərdən keçirilmiş və real bir nümunə üzərində etik dilema eqioizm və utilitarizm yanaşmaları  əasasında müzakirə olunmuşdu.

 


 

Xəzər Universitetində doktoranturaya növbəti qəbul başladı

2015-ci il noyabr 23-də Xəzər Universitetində 17 ixtisas üzrə doktoranturaya qəbul imtahanı keçirildi. İmtahanda Xəzər Universitetinin rektoru Hassan Niknafs və departament müdirləri iştirak etmişlər. Birinci mərhələdən keçən namizədlər 2015-ci il noyabrın 27-də “Ümumi fəlsəfə” fənni üzrə imtahanda iştirak edəcəklər.

 



 


 

“Xəzər”in doktornatının məqaləsi çap olundu

2015-ci ilin aprelində Xəzər Universitetinin doktorantura tələbəsi Xanım Əhmədovanın “Bioloji və sosioloji hadisə kimi dilin mahiyyəti” adlı məqaləsi Qafqaz Universitetinin “Gənc tədqiqatçıların 3-cü elmi konfransının materialları” içərisində və “Dilin mahiyyəti ilə bağlı bəzi qeydlər” adlı məqaləsi Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat” jurnalında çap edilmişdir. Hər iki məqalədə müəllif dilin mahiyyətini açıqlamış və bu mövzu ilə bağlı müxtəlif dilçi və filosofları araşdırmışdır.

 


 

Magistrantlar dissertasiyalarını müdafiə etdilər

2015-ci il sentyabrın 21-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin magistrantları Ülkər Quliyeva “F.S.Fitzgeraldın “Möhtəşəm Getsbi” əsərində bədii ifadə vasitələri və onların Azərbaycan dilində izahı”, Yeganə Ağayeva “ Azərbaycan və İngilis dillərində Valentlik perspektivləri. Məchul növ və icbar növün əmələ gəlməsində iştirak edən strategiyalara müqayisəli yanaşma”, Arzu Əzizova “Teodor Drayzerin “Amerikan faciəsi” əsərində protoqonist obraz kimi Klayd Qriftin sosio-ədəbi təhlili”, Rəcəb Rəcəbov “Teodor Drayzerin “Genni Herhart” əsərində frazeoloji birləşmələrin tərcüməsi”, Günel Rüstəmova “Ernest Miller Heminqueyin yaradıcılığında müharibə və sülh problemi”, Validə Kərimova “Siyasi diskursda metafora” mövzusunda elmi işlərini müdafiə etdilər.

Magistrantların elmi rəhbərləri fəlsəfə doktoru Eldar Şahgəldiyev, Daniel Paul, fəlsəfə doktoru İradə Səmədova, Müdafiə Şurasının üzvləri – fəlsəfə doktorları Eldar Şahgəldiyev, Dilbər Zeynalova, Reyhan Mədətova, İradə Səmədova magistr işləri barədə rəylərini söylədilər. Mövzular ətrafında müzakirə keçirildikdən sonra işlər müsbət qiymətləndirildi.

Sonda magistrantlar Ülkər Qulyeva, Yeganə Ağayeva, Arzu Əzizova, Rəcəb Rəcəbov, Günel Rüstəmova, Validə Kərimova Müdafiə Şurasının üzvlərinə,  elmi rəhbərinə, rəyçilərə onlara göstərdikləri qayğı və köməyə görə təşəkkürlərini bildirdilər.


 


Jurnalın nailiyyəti ilə bağlı Xəzər Universitetində mətbuat konfransı keçirildi

2015-ci il sentyabrın 18-də Thomson Reuters şirkəti və Xəzər Universitetinin birgə təşkılatçılığı ilə mətbuat konfransı keçirildi. Tədbir “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”nın (“KJHSS”) elmi, texniki və akademik tədqiqatlar üzrə dünyanın aparıcı elmimetrik platforması sayılan Thomson Reuters şirkətinin Web of Science platformasına daxil edilməsi ilə bağlı keçirilirdi.

Tədbirdə elm adamları, media mənsubları, dövlət qurumlarının və müxtəlif universitetlərin nümayəndələri və Xəzər Universitetinin rəhbərliyi və əmaəkdaşları iştirak edirdilər.

Tədbiri açaraq Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı elmi jurnalların tarixindən, inki günündə əhəmiyyətindən geniş məlumat ilə çıxış etdi. Sonra Thomson Reuters şirkətinin nümayəndəsi Valentin Bogorov çıxış etdi, elmi jurnalların nəşri və xüsusiyyətləri haqqında iştırakçılara məlumat verdi. AMEA-nın müxbir üzvü və Bakı Dövlət Universitetinin “Nəzəri və tətbiqi riyaziyyat” jurnalının baş redaktoru Fikrət Əliyev çıxış edərək, Xəzər Universitetini bu nailiyyəti münasibətilə təbrik etdi.

Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.

 


 

 

Xəzərin müəlliminin məqaləsi xaricdə çap olunmuşdur

Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi İlahə Hacıyevanın “Nakam və Nizaminin Leyli və Məcnun əsərlərində ortaq cəhətlər” adlı məqaləsi Australıan Internatıonal Journal of Humanıties and Social Studies (“Avstraliya Beynəlxalq Humanitar və Sosial Tədqiqatlar Jurnalı”nda) jurnalın 2015-ci-il avqust nömrəsində çap olunmuşdur.

 


 

Elmi-İnzibati Şuranın növbəti iclası keçirildi

İyunun 23-da Xəzər Universiteti Elmi-İnzibati Şurasının növbəti iclası keçirildi. Universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyevin sədrliyi ilə keçən iclasda məzunluq, magistr tələbələrə və doktorantlara elmi rəhbərlik, universitetin Təhsil fakültəsinin dekanı Elza Səmədovaya dosent adı verilməsi haqqında məsələlər müzakirə olundu.

Məzunluq haqqında fakültə dekanları Hassan Niknafs, Fuat Rəsulov, Cabir Xəlilov və Elza Səmədovanın, doktorantların qəbulu və dissertasiya mövzularının təsdiqi haqqında universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri fəlsəfə doktoru Eldar Şahgəldiyevin, universitetin Təhsil fakültəsinin dekanı Elza Səmədovaya dosent adı verilməsi haqqında Tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyevin məlumatları dinlənildi və müvafiq qərarlar qəbul edildi.

İclasda Xəzər universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış etdi.

İclasda cari məsələlər də müzakirə olundu.

 

 

 


Doktorantın məqaləsi çap olundu

 

2015-ci ilin aprelində Xəzər Universitetinin doktorantura tələbəsi Ceyhun Kərimovun “F.Denisin tematik proqressiyası” adlı məqaləsi Qafqaz Universitetinin “Gənc tədqiqatçıların 3-cü elmi konfransının materialları” içərisində çap edilmişdir. Məqalədə müəllif Denisin tematik proqressiyasını araşdırmış və izahını vermişdir. 

 

 


Xəzər Universitetinin Nəşriyyatında yeni kitab işıq üzü gördü

 

2015-ci ildə Xəzər Universitetinin Nəşriyyatında “Xəzər Universiteti Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilimiş fənn proqramları” adlı kitab nəşr edilmişdir. Toplunun nəşrinə məsul şəxs Xəzər Universiteti Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin müdiri Eldar Şahgəldiyevdir. Bu topluda təqdim olunan proqramlara Azərbaycan Respublikası Təhsil nazirinin 03.03.2014-cü il, 673 nömrəli əmri ilə nəşr hüququ (qrif) verilmişdir. Qeyd edək ki, bu vəsait bu gündən sonra Xəzər Univeristetinin və digər universitetlərin akademik heyətinin istinad edəcəyi əsas sənəd rolunu oynayacaq.

Kitab tədris prosesinin effektivliyinin yüksəldilməsinə, tələbələrdə araşdırma bacarıqlarının formalaşmasına xidmət göstərəcəkdir. 

 


“Xəzər”in doktorantının məqaləsi çap olundu

 

2015-ci ilin aprelində Xəzər Universitetinin doktorantura tələbəsi Ceyhun Kərimovun “Tematik proqressiya və mətnin növü” adlı məqaləsi Ukraynada Xerson Dövlət Universitetinin Psixologiya, Tarix və Sosiologiya kafedrasının jurnalında çap edilmişdir. Məqalənin birinci hissəsi “tematik struktur” ifadəsinin izahını verir, ikinci hissə isə bu təhlili mətnin növü və yaxud janr problemi ilə əlaqələndirir. 

 

 


Doktorantımızın məqaləsi Finlandiyada çap olundu

 

2015-ci ilin mayında Xəzər Universitetinin doktorantura tələbəsi Marta Laurinin “Xalq mahnılarına əsasən Azərbaycan toy mərasimləri haqqında” məqaləsi Finlandiyanın Juminkeko nəşriyyatının “Song and Emergent Poetics” (Mahnı və yeni poeziya) kitabına daxil edilmişdir.  Həmin kitab 2013-cü ildə 21-24 noyabrda keçirilən Runosong Akademiyasının, Tampere Universitetinin, Sibelius Akademiyasının, Helsinki Universitetinin birgə təşkilatçılığı ilə Finlandiyanın Kuhmo şəhərində “Mahnı və poeziya: ifa olunan şifahı ənənələr” adlı beynəlxalq elmi konfrans materiallarının toplusudur.

Marta xanım Lauri konfransdakı çıxışında məqaləsini təqdim etməklə yanaşı, sazda Azərbaycan xalq mahnısı da ifa etmişdi. 

 

 


Doktorantımızın məqaləsi çap olundu

 

2015-ci ilin aprelində Xəzər Universitetinin doktorantı Məhəmməd Əkbərovun “Azərbaycan məktəbi” jurnalının 2-ci sayında “Bir tarixi-fəlsəfi araşdırma: Pifaqor doktrinası” adlı məqaləsi çap olunmuşdur. Məqalədə müəllif Pifaqor doktrinasını təhlil etməyə çalışmış, Pifaqor həndəsəsi, koslmologiyası və mistikasını araşdırmışdır. 

 


Dissertasiyanın ilkin müzakirəsi keçirildi

 

2015-ci il aprelin 24-də Xəzər Universitetinin sosial fəlsəfə ixtisası üzrə doktorantı Xəyalə Məmmədovanın “Azərbaycan cəmiyyətinin sosial-mədəni inkişafının gender aspektləri” mövzusunda dissertasiyasının ilkin müzakirəsi keçirildi. Müzakirədə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universiteti Magistratura, Doktoranrura və Elmi İşlər bölməsinin müdiri fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyevlə yanaşı, AMEA Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşları, professor Afaq Rüstəmova, professor Əlikram Tağıyev və Mahrux Nəcəfli iştirak edirdilər.

Doktorant öz təqdimatında sosiallaşma prosesində gender meyarları, müxtəlif sahələrdə ortaya çıxan gender problemlərinin mənşəyi, onların həlli yolları, elm və təhsil sahəsində gender münasibətləri və s. kimi problemlərdən danışdı. Təqdimatdan sonra doktorant iştirakçıların suallarını cavablandırdı. Müzakirə iştirakçıları lehinə səs verməklə dissertasiyanın müdafiəyə təqdim olunması haqqında qərar verdilər.

 


“Xəzər”in əməkdaşının elmi məqaləsi Prezident kitabxanasının kataloqunda

 

Xəzər Universiteti Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin müdiri Fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyevin “Multikultural əmək kollektivlərinin qarşılıqlı əlaqəsi və şəxsiyyətin inkişafı (sosial-fəlsəfi təhlil)” adlı  məqaləsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının 4 saylı (32)  “Məlumat bülleteni”ndə kitabxananın elektron kataloquna daxil edilmişdir.

Qeyd edək ki, məqalə kataloqun “Elm və təhsil” bölməsində yer almışdır. 

 

 


“Xəzər”in əməkdaşı beynəlxalq jurnalın rəyçisi seçildi

 

2015-ci ilin martında Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyev Amerika Birləşmiş Ştatlarının Horizon Research nəşriyyat korporasiyasının “Universal Journal of Management” jurnalının İqtisadiyyat və Biznes sahəsində İnkişaf (Advances in Economics and Business) bölməsinin redaksiya heyətinə rəyçi seçilmişdir.

Qeyd edək ki, Horizon Research nəşriyyatı geniş miqyaslı akademik sahəsi olan, resenziyalı jurnalları nəşr edən dünya miqyaslı nəşriyyat koporasiyasıdır. Həmin nəşriyyat korporasiyasının “Universal Journal of Management” jurnalının İqtisadiyyat və Biznez sahəsində inkişaf bölməsi iqtisadiyyat və biznez sahəsinin bütün bölmələrində orijinal və yüksək keyfiyyətli tədqiqat məqalələri çap edən beynəlxalq resenziyalı jurnaldır.

Bu uğuru münasibətilə əməkdaşımızı təbrik edirik. 

http://www.hrpub.org/index.php

 


Xəzər Universitetinin doktorantı Türkiyədə konfransda iştirak etmişdir

 

2015-ci il fevralın 25-də Türkiyənin İqdır şəhərində Xocalı Soyqırımının 23-cü ildönümü çərçivəsində möhtəşəm bir anma konfransı keçirilmişdir. Tədbirin təşkil olunduğu İqdır Mədəniyyət Mərkəzinin 400 nəfərlik salonunda vilayətin bütün dövlət qurumları və Azərbaycan konsulluğu təmsil olunmuşdur. Konfransda Xəzər Universitetinin tarix elmləri üzrə doktorantı Xəqani İsmayılov da Azərbaycan nümayəndəsi kimi iştirak və çıxış etmişdir. Tarixçi-yazar Xəqani İsmayılov ermənilərin bütün dünyada başqa xalqlara qarşı etdikləri soyqırımları, haqsız torpaq iddialarını ortaya çıxarmağın lazım olduğunu və bu çərçivədə onların gerçək üzlərinin dünyaya göstərilməsinin lazım olduğu fikrini irəli sürmüşdür. 

 

 


“Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda iclas

 

Fevralın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində “Ali təhsildə keyfiyyətin təminatı” mövzusunda iclas keçirilmişdir. 2014-cü ilin oktyabr ayından 2015-ci ilin aprel ayına qədər davam edəcək bu layihə nisbətən kiçik miqyaslı olsa da, onun əsas diqqəti gələcəkdə daha iri layihələr üçün bazanın yaradılması üzərində cəmləşəcək. Layihənin bir hissəsi bütövlükdə Boloniya prosesi, eləcə də ali təhsilin keyfiyyəti ilə əlaqədar alət və vasitələrlə tanışlığa həsr ediləcək.

İclasda Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev və Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədova iştirak etmişlər.

 

 


Magistrantımız dissertasiya müdafiə etmişdir

 

Xəzər Universitetinin Təhsil departamentinin magistrantı Nuranə Mirişli ”Təlimdə tətbiq olunan formativ qiymətləndirmənin şagirdlərin özünü qiymətləndirməsinə təsiri” mövzusunda elmi işini müdafiə etmişdir.

Magistrantın elmi rəhbəri  fəlsəfə doktoru Elxan Bəylərov, Müdafiə Şurasının üzvləri – fəlsəfə doktorları  İsaxan İsaxanlı, Ulduz Qəzvini, Məhərrəm Əliyev  magistr işi barədə  rəylərini söyləmiş, mövzu ətrafında müzakirə keçirildikdən sonra iş müsbət qiymətləndirilmişdir. Magistrant Nuranə Mirişli Müdafiə Şurasının üzvlərinə,  elmi rəhbərinə, rəyçilərə ona göstərdikləri qayğı və köməyə görə təşəkkürünü bildirmişdir.

 


Əməkdaşımız “Ali təhsildə keyfiyyətə təminat” üzrə işçi qrupunun iclasında

Fevralın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ali Təhsildə Keyfiyyətə Təminat” üzrə işçi qrupunun iclası keçirilmişdir. İclasda Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev iştirak və çıxış etmişdir. Xatırladaq ki, işçi qrupunun bundan əvvəlki iclası 23 yanvar 2015-ci il tarixində olmuşdur.

 


Xəzər Universitetinin magistratura proqramının ADİU-da təqdimatı

Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov fevralın 4-də Xəzər Universitetinin Magistratura proqramına qəbulla bağlı Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təqdimat keçirmişlər. Təqdimatda universitetimizin əməkdaşları çıxış etmiş və sonda tələbələrin çoxsaylı suallarına cavab vermişlər. 

 


Xəzər Universiteti Magistratura proqramının Azərbaycan Dillər Universitetində təqdimatı

 

Yanvarın 29-da Xəzər Universitetinin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov və Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri Muxtar Hacızadə Xəzər Universitetinin Magistratura proqramına qəbulla bağlı Azərbaycan Dillər Universitetində təqdimat keçirmişlər. Təqdimatda universitetimizin əməkdaşları çıxış etmiş və sonda tələbələrin çoxsaylı suallarına cavab vermişlər. 

 


Əməkdaşımız Təhsil Nazirliyində Keyfiyyətə Təminat seminarında iştirak etmişdir

 

23 Yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ali Təhsildə Keyfiyyətə Təminat” üzrə işçi qrupunun iclası keçirilmişdir. İclasda Xəzər Universiteti Magistratura, Doktorantura və Elmi İşlər Bölməsinin müdiri Fəlsəfə Doktoru Eldar Şahgəldiyev iştirak və çıxış etmişdir. Xatırladaq ki, işçi qrupunun ilk iclası 19 Noyabr 2014-cü il tarixində olmuşdur.

 

 


Yanvarın 23-də İngilis dili və Ədəbiyyatı Departamentinin tələbəsi Leyla Rəhimova və Fidan Əliyeva Magistr dissertasiyasını müdafiə etmişdir.

 

Leyla Rəhimovanın dissertasiya işi:”Zərflərin və Sifətlərin müqayisəli linqvistik analizi.”

Fidan Əliyevanın dissertasiya işi: A.S.Puşkinin “Yevgeniy Onegin” əsərində təşbehlərin rus dilindən ingilis dilinə tərcüməsidir.

Komissiyanin sədri Bəylər Haciyev, uzvleri Eldar Şahgəldiyev, Dilbər Zeynalova, Reyhan Mədətova, Cəmalə Məmmədova, Firəngiz Nəssirova və  Ceyhun Kərimov təşkil etmişdir.

Leyla Rəhimova iki nitq hissəsinin qramatik xüsusiyyətlərini onların morfoloji, sintaktik və semantik xüsusiyyətlərini, habelə bəzi xüsusi sifətlərin və zərflərin cümlədə yerini,onların istifadəsində yaranan ümümi səhvlərin və sifətlərin substansivizasiyası adlandırılan spesifik fenomeni haqda danışdı.

Fidan Əliyeva isə G.Conston və G.Ledcerin tərcüməsində təşbehlərin seçilməsi mövzusunda danişdı.

 

 


Xəzər Universitəsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə 2015-2016-cı tədris ili üçün magistraturaya tələbə qəbulu elan edir

 

 

 


Əməkdaşlarımızın həmmüəllifi olduğu kitab ingilis dilində çapdan çıxmışdır

 

Xəzər Universitetinin Tədris işləri üzrə prorektoru, professor Məhəmməd Nuriyev, Magistratura, Doktorantura və Elmi işlər Bölməsinin müdiri fəlsəfə doktoru Eldar Şahgəldiyev və İspaniyadakı Avropa Universiteti Biznes Məktəbinin əməkdaşı Zəka Salmanlının həmmüəllifi olduqları “Modern challenges of oil producing countries and the ways for establishing a non-oil dependent economy in Azerbaijan” (“Neft istehsal edən ölkələrin müasir problemləri və Azərbaycanda neftdən asılı olmayan iqtisadiyyat yaratmağın yolları”) adlı kitab  “Müəllim” nəşriyyatında işıq üzü görmüşdür. Kitabda Azərbaycanın neft biznesi və hidrokarbon asılılığının səviyyəsi ilə bağlı dərin araşdırmalar aparılmışdır.

Araşdırmalar Azərbaycan iqtisadiyyatında neft asılılığının azaldılması yollarını göstərir və neft istehsal edən ölkələrin müasir problemlərini üzə çıxarır. Bundan başqa, kitabda həmçinin idxal və ixrac balansları əsasən neft biznesi ilə nizamlanan iqtisadi strukturların da iqtisadi və sosial-siyasi vəziyyətlərinə aydınlıq gətirilmişdir.

Kitabın məsləhətçisi ispaniyalı professor Hubert Codur (Hubert Joo).

 

 


Doktorantımızın məqaləsi çap olundu

 

Xəzər Universitetinin doktorantı Məhəmməd Əkbərovun silsilə məqalələri davam edir. 11 Dekabr 2014-cü ildə doktorantımızın Respublika qəzetində “Tarixə çevrilən şərəfli ömür yolu” başlıqlı məqaləsi çap olunmuşdur. Məqalədə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri, keçdiyi keşməkeşli yollar barədə dolğun məlumat verilmişdir. 

 

 


Əməkdaşımızın “Azərbaycan müəllimi” qəzetində müsahibəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin orqanı “Azərbaycan müəllimi” qəzetinin 28 noyabr tarixli nömrəsində qəzetin əməkdaşları Yusif Əliyev və Niyazi Rəhimovun “Ali məktəblərdə elmin vəziyyəti ilə bağlı araşdırmalarımız nə göstərdi?” adlı məqaləsi dərc olunmuşdur. Məqalədə bir neçə universitetin müvafiq sahə ilə məşğul olan əməkdaşından, o cümlədən Xəzər Universitetinin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyevdən kiçik müsahibə alınmışdır. E. Şahgəldiyev demişdir:

 “Azərbaycanda ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universitetinin 200 nəfərə yaxın müəllim heyətindən təqribən 30 nəfəri elmi-tədqiqat işi ilə məşğul olur. Bu günə qədər universitet üzrə 6 elmi işə patent alınmışdır.

Universitet xarici təşkilatlar tərəfindən maliyyələşdirilən qrant layihələrində də fəal iştirak edir. Son 2 ildə bu layihələrdən 533.000 manat qazanc əldə olunmuşdur.

Elmi-tədqiqat işlərini yüksək səviyyədə aparmaq üçün universitetimizdə lazımi baza şəraiti və elmi  mühit mövcuddur. Elmi-tədqiqatlar əsasən 4 elmi-tədqiqat müəssisəsində aparılır. Bunlar Təhsil Siyasəti İnstitutu, Qafqaz Araşdırmaları Tədqiqat Mərkəzi, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi, Lüğət və Ensiklopediya Mərkəzidir.

Universitetdə tədris laboratoriyaları ilə yanaşı iki tədqiqat laboratoriyası da  fəaliyyət göstərir. Həm inşaat materiallarının sıxlığının ölçülməsi laboratoriyası, həm də neft yataqlarında aparılan tədqiqatlar üçün nəzərdə tutulan kompüter simulyasiyası laboratoriyası müasir qurğu və avadanlıqlarla təchiz olunmuşdur.

Son illər universitetimizdə 6 nəfər tədqiqatçı əməkdaş tərəfindən yazılmış məqalələr nüfuzlu beynəlxalq impakt-faktorlu elmi jurnallarda dərc olunub.

Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri də universitetin araşdırma fəaliyyəttində xüsusi yer tutur və hazırda qrantlar əsasında 7 tədqiqat layihəsi yerinə yetirilir.

Universitetdə çalışan əməkdaşlar müxtəlif nüfuzlu beynəlxalq institutların tədqiqatçıları ilə birgə araşdırmalar aparırlar. Bu yaxınlarda İtaliyanın Milan şəhərində "Egea" nəşriyyatı tərəfindən "Xəzər dənizi şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi təhlil" adlı kitab nəşr edilmişdir. Kitabın həmmüəllifləri SAM-ın (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi) əməkdaşı, Xəzər Universitetinin müəllimi və doktorantı Azad Qəribov və İSPİ-nin (İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu) əməkdaşı Karlo Frappidir.” 

Məqalənin tam mətni ilə bu linkdə tanış ola bilərsiniz:  http://www.muallim.edu.az/arxiv/2014/46/23.htm

 

 


Yeni qəbul olunmuş doktorantın məqaləsi  işıq üzü gördü           

Xəzər universitetinin doktorantı Məhəmməd Əkbərovun “Respublika” qəzetinin 19 noyabr, 2014-cü il tarixli sayında “Humanizmə söykənən idarəetmə fəlsəfəsi” adlı məqaləsi dərc olunmuşdur.  Heydər Əlyevin siyasi fəaliyyəti və dövlətçilik fəlsəfəsindən bəhs edən məqalə 22 noyabr ədliyyə işçilərinin peşə bayramına həsr olunmuşdur. 

 

 


Əməkdaşımız Təhsil Nazirliyində Keyfiyyətə Təminat seminarında iştirak etmişdir

19 Noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ali Təhsildə Keyfiyyətə Təminat” üzrə işçi qrupunun iclası keçirilmişdir. İclasda Xəzər Universiteti Magistratura, Doktorantura və Elmi İşlər Bölməsinin müdiri Fəlsəfə Doktoru Eldar Şahgəldiyev iştirak və çıxış etmişdir. Növbəti iclasın 29 Dekabr 2014-cü il tarixində keçirilməsi nəzərdə tutulur.

 

 


Müəllimimizin  məqaləsi “Qafqaz və qloballaşma” jurnalında çap olunub

Xəzər Universitetinin müəllimi, Dosent Rəşad Hüseynovun “Qafqaz və qloballaşma” jurnalının (“The Caucasus and  Globalization journal”) 2014-cü il 8-ci  cildinin 1-2-ci sayında “Azərbaycandakı İslam institutlarının tarixi və inkişafı” adlı məqaləsi çap olunub. 

Məqaləni bu linkdə oxuya bilərsiniz: Azərbaycandakı İslam institutlarının tarixi və inkişafı

 


4 noyabr, 2014-cü il tarixdə Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirilmişdir. Xəzər universitetinin əməkdaşı, Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin müdiri Eldar Şahgəldiyev də görüşdə iştirak etmişdir.

 

 


Müəllimimiz dissertasiya müdafiə etmişdir

Xəzər Universitetinin müəllimi İlahə Qurbanova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycan dili dialekt və şivə leksikasının etnolinqvistik təhlili" mövzusunda yazdığı  dissertasiya işini AMEA Dilçilik İnstitutu nəzdində fəaliyyət göstərən  Dissertasiya Şurasında uğurla müdafiə etmişdir. Müəllif  dissertasiya işi haqqında qısaca məlumat verdikdən sonra  opponentlərinin, rəyçilərin rəylərinə, təklif və iradlarına yüksək elmi səviyyədə münasibət bildirmiş, verilən suallara elmi dəlillərlə cavab vermişdir.

Müzakirələr zamanı Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri dosent Vurğun Əyyub da çıxış edərək, həm dissertasiya işinin əhəmiyyəti, həm də  dissertantın bir pedaqoq kimi yüksək keyfiyyətlərindən söz açmışdır. Çıxış və müzakirələr bitdikdən sonra Şura üzvləri gizli səsvermə yolu ilə dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru adı almaq üçün bütün tələblərə cavab verdiyini  yekdilliklə təsdiq etmişlər.    

 


Xəzər Universitetinin doktorantı  Azad Qəriblinin həmmüəllifi olduğu kitab İtaliyada çap olunmuşdur

İtaliyanın Milan şəhərində “Egea” nəşriyyatı tərəfindən “Xəzər dənizi şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi təhlil” adlı kitab nəşr edilmişdir.  Kitabın həmmüəllifləri SAM-ın (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi) əməkdaşı, Xəzər Universitetinin müəllimi və doktorantı Azad Qəribov və İSPİ-nin (İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu) əməkdaşı Karlo Frappidir. Xəzər regionunda gedən əsas geosiyasi və geoiqtiadi proseslər, Xəzəryanı dövlətlərin regional siyasəti və böyük güclərin regiona dair baxışlarından bəhs edən kitab  SAM və İSPİ birgə tədqiqat layihəsinin nəticəsi kimi nəşr edilmişdir. Kitabın yazılmasında hər iki mərkəzin tədqiqatçıları ilə yanaşı Xəzəryanı ölkələri təmsil edən tanınmış ekspertlər iştirak etmişlər. Kitaba SAM-ın direktoru Fərhad Məmmədov və İSPİ-nin direktoru və vitse-prezidenti Paolo Maqri tərəfindən ön söz yazılmışdır.

İndiyədək bu istiqamətdə aparılmış ən ətraflı dolğun tədqiqat işi olan kitabda mürəkkəb regiondaxili münasibətləri və regionun dünya ilə əlaqələrini ətraflı şəkildə tədqiq etməklə Xəzər regionunun müasir beynəlxalq münasibətlər sistemindəki yerini aydınlaşdırmağa və onun avtanom subsistem kimi əsas daxili xüsusiyyətlərini açmağa cəhd göstərilir.

Kitabın birinci hissəsi bütün region dövlətlərinin maraqlarına toxunan və həlli üçün ümumregional əməkdaşlıq tələb edən transmilli məsələlərdən bəhs edir. Bu hissədə Xəzərin hüquqi statusu, dənizin hərbiləşdirilməsi və regional silahlanma yarışı, enerji infrastrukturunun mühafizəsi və ona qarşı mümkün təhdidlər, eləcə də dənizdəki mövcud ekoloji durum və bu sahədəki dövlətlərarası əməkdaşlıq kimi məsələlər ətraflı şəkildə təhlil edilir.

Kitabın ikinci hissəsi Xəzəryanı dövlətlərin regional siyasətindən bəhs edir. Bu hissədə beş Xəzəryanı dövlət – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın Xəzər regionu və bilavasitə Xəzər dənizindəki maraqları və regional iqtisadi-siyasi strategiyalarının əsas xüsusiyyətlərindən danışılır.

Kitabın sonuncu hissəsi əsas qlobal güclərin və böyük dövlətlərin Xəzər regionuna dair siyasətinə həsr edilmişdir. Burada ABŞ, Avropa Birliyi, Türkiyə və Çin kimi Xəzər regionunda ciddi maraqları olan dövlətlərin regionla əlaqələri təhlil edilir.

 

 


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.09.2011-ci il tarixli 1521№li əmrinə əsasən Xəzər Universiteti Doktoranturasına Fəlsəfə doktoru proqramı üzrə 2014-2015-ci tədris ili üçün keçiriləcək imtahan cədvəli

 

İxtisas imtahanı                                            27 oktyabr, 2014-cü il        saat 11:00

 

Fəlsəfə imtahanı                                           3 noyabr, 2014-cü il           saat 11:00

 

Xarici dil                                                     6  noyabr, 2014-cü il          saat 11:00

 

 

Magistratura, Doktorantura və Elmi İşlər Bölməsi

 

 


Magistrlər dissertasiya müdafiə etmişlər

 

İyunun 18-də  Xəzər Universitetinin Humanitar və sosial elmlər fakültəsinin magistr tələbələri –  Ksandra Marşal “Sent Vinsent və Qrenadanın mədəniyyətinə qlobalizasiyanın təsiri”  və Sehon Marşal “Şərqi Karib dövlətləri təşkilatında regionalizmin rolu” mövzularında (hər iki işin elmi rəhbəri – professor Kənan Allahverdiyev) magistr dissetasiyası müdafiə etmişlər.

Magistrantların elmi işləri şura üzvləri tərəfindən yüksək qiymətləndirildi

 


Cardiff Universitetinin nümayəndəsi ilə görüş

İyunun 3-də Xəzər Universitetinin Magistratura, doktorantura və elmi İşlər bölməsində  Cardiff Universitetinin (Böyük Britaniya) Beynəlxalq əlaqələr üzrə dekan müavini Kent Metyuz (Kent Matthews) ilə görüş keçirilmişdir. Görüşdə Xəzər Universiteti ilə Cardiff Universitetinin ikitərəfli əlaqələri müzakirə edilmişdir. 

 


 

 


Müəllimimiz NATO-nun yay məktəbində

Xəzər Universitetinin doktorantı, Siyasi elm və beynəlxalq münasibətlər departamentininin müəllimi Azad Qəribov  mayın 15-21-də Ukraynanın Kiyev şəhərində  'NATO-nun  tərəfdaş ölkələrində strateji analitik imkanların artırılması" çərçivəsində keçirilən, 47 ekspertlə 24 ölkənin təmsil olunduğu yay məktəbində iştirak etmişdir. Bir həftə davam edən yay məktəbi AB-nin Jean Monnet proqramının dəstəyi ilə NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı tərəfindən təşkil olunmuşdu. İclaslarda və ekspert müzakirələrində iştirakı ilə yanaşı, A. Qəribov tədbir çərçivəsində  "Qafqaz regionu: mövcud həqiqətlər" mövzusunda keçirilən dəyirmi masada Qafqaz regionunda münaqişələr haqqında çıxış etmişdir. 

 

 


Xəzər Universiteti Magistratura, Doktorantura və Elmi İşlər bölməsi Eldar Şahgəldiyev Təhsil Nazirliyi və Avropa Komissiyasının birgə keçirdiyi “Avropa ali təhsil sahəsində struktur islahatlar: Status və perspektivlər” adlı dəyirmi masada iştirak etmişdir. Avropa Şurasının təhsil məsələri üzrə həmsədri Şrunbergen Avropa Komissiyasının cari siyasət sahələri üzrə təqdimatı iştirakçılara nümayiş etdirdi. Eldar Şahgəldiyevin təqdim etdiyi hesabat iştirakçılar tərəfindən maraqla qarşılandı.

 

 


Xəzər Universiteti 2014-2015-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə əyani (ödənişli),   doktoranturaya və dissertanturaya qəbul elan edir

  • Analiz və funksional analiz               
  • Differensial tənliklər
  • Kompüter elmləri                               
  • Sistemli analiz idarəetmə və informasiyanın işlənməsi
  • Ümumi iqtisadiyyat                            
  • Dünya iqtisadiyyatı
  • Müəssisələrin təşkili və idarə olunması         
  • Daxili fiskal siyasət və dövlət maliyyəsi
  • German dilləri                                   
  • Azərbaycan ədəbiyyatı
  • Sosial fəlsəfə                                       
  • Fəlsəfə tarixi
  • Ümumi tarix                                       
  • Vətən tarixi           
  • Təhsilin təşkili və planlaşdırılması        
  • Beynəlxalq münasibətlər                   
  • Siyasi nəzəriyyə
  • Molekulyar Biologiya                         
  • Molekulyar Genetika          
  • Biokimya
  • Neft və qaz yataqlarının işlənməsi  və istismarı                                          
  • Neft və qaz yataqlarının geologiyası, axtarışı  və kəşfiyyatı    

 

Fəlsəfə doktoru hazırlığı:

1. Fəlsəfə doktoru proqramı üzrə elan olunmuş doktorantura yerlərinə ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutu­lan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixti­sas üzrə təkrarən doktorantu­raya qəbul oluna bilməz.

 

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmaq üçün tələb olunan sənədlər:

- ərizə (doktoranturanın fəaliy­yət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

       

Əlaqə:E-mail: eshahgaldiyev@khazar.org   lsalayeva@khazar.org ; Tel (+99412) 498-93-79; (+99412) 408-81-34; Xəzər Un-ti, Otaq 406  

 

 


 

Əməkdaşlarımız təqdimat mərasimində

 

Martın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Əziz Mirəhmədovun “Ərgünəş nəşriyyatı” tərəfindən nəşr olunmuş “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu”  kitablarının təqdimatı  keçirilmişdir.
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilmiş təqdimat mərasimində tanınmış elm və  mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev və universitetin iki doktorantı – Mədinə Karahan və İlkiyyə Məmmədova iştirak etmişlər.
E. Şahgəldiyev çıxış edərək, Xəzər Universitetində Azərbaycan ədəbiyyatının tədrisi və təbliğinə xüsusi diqqət yetirildiyini iştirakçıların diqqətinə çatdırdı.  Universitetin Azərbaycan ədəbiyyatı üzrə doktorantı, Əhməd bəy Ağaoğlunun Türkiyə dövrü yaradıcılığını araşdıran Mədinə Karahan iştirakçılara Əhməd bəy Ağaoğlu yaradıcılığı haqqında geniş məlumat verdi.

 

 


 

 

Doktorant tələbələr və əməkdaşlar üçün mühazirə

 

Fevralın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı universitetin Neftçilər korpusunda doktorant tələbələr və əməkdaşlar üçün elm və fəlsəfə tarixinə dair  mühazirə söylədi. Mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

 

 


 

 

Tələbələrimiz müvəffəqiyyətlə magistr işi müdafiə etdilər

 

Yanvarın 28-də universitetdə təşkil olunmuş Müdafiə komissiyasında Humanitar və sosial elmlər fakütəsinin tələbələri –   Bənövşə Qaragözovanın “XVII əsr ingilis ədəbiyyatında bədii nəsrin təkamülü”, Günay Vəliyevabnın “Cefri Çoserin əsərlərinin Con Drayden ədəbi yaradıcılığına təsiri” və Aynurə Hüseynovanın “Historical English Borrowings” (“İngilis dilində alınma sözlərin tarixi”)  mövzularında magistr dissertasiyalarının müdafiəsi keçirildi.

Hər üç işin elmi rəhbəri universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyevdir. Magistrantların elmi işləri komissiya üzvləri tərəfindən yüksək qiymətləndirildi.

 

 


 

Hamlet İsaxanlının məqaləsi Cambridge Journals nəşriyyatı tərəfindən dərc olunub

 

 Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Wavering Azerbaijani Literati Views of America: From the Russian Tsarist through the Modern Periods” adlı məqaləsi yanvarın 22-də “Cambridge Journals”  nəşriyyatı tərəfindən “Journal of American Studies” jurnalında dərc olunub. Bu məqalə tarix boyu ziyalı Azərbaycanlıların Amerika haqqında fikirlərindən bəhs edir.
Müəllif hüquqları “Cambridge University Press”ə məxsusdur. Məqaləni bu linkdə oxuya bilərsiniz:http://journals.cambridge.org/abstract_S0021875813001990

Məqalə haqqında biblioqrafik məlumat:

“HAMLET ISAKHANLI Wavering Azerbaijani Literati Views of America: From the

Russian Tsarist through the Modern Periods. Journal of American Studies,

Available on CJO 2014 doi:10.1017/S0021875813001990”

 

 


 

Tələbələrimiz müvəffəqiyyətlə magistr işi müdafiə etdilər

 Dekabrın 18-də Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin magistr tələbələri –  Azadə Yektaeikarın “TƏD-in alternativ media kimi qavranılması” (elmi rəhbər – Jurnalistika fakültəsinin koordinatoru Cabir Məmmədov),   Hayder Şia Albarrakın “Yeni İraqın regional təhlükəsizlik və iqtisadi inkişaf sahəsində rolu” (elmi rəhbər –  siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Hüseynov) mövzularında  magistr işlərinin müdafiəsi keçirildi. Magistrantların elmi işləri komitə üzvləri tərəfindən yüksək qiymətləndirildi. 

 

 


 

Əməkdaşımız III Bakı Beynəlxalq Humanitar Forumunda

Xəzər Universiteti Magistratura, doktorantura və elmi ışlər bölməsinin müdiri, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Eldar Şahgəldiyev noyabrın 1-də  “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında” adlı III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir.   Forum dünyanın müxtəlif ölkələrindən siyasət, elm, mədəniyyət və təhsil xadimləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Tədbirdə dövlətlərarası və regional əməkdaşlığın bütün səviyyələrdə həmrəyliyinin zəruriliyi qeyd edilib, inkişaf proseslərinin davamlılığının təmin edilməsi naminə elmi, humanitar və  mədəni inteqrasiyanın aktuallığı vurğulanıb.

 


 

 

Xəzər elektron imzaya keçidə dair elmi seminarda iştirakçıdır

 

Xəzər Universiteti 2013-cü ilin oktyabr ayının 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi İnnovasiyalar Mərkəzində keçirilən “Elektron elm: elektron sənəd mübadiləsi” mövzusunda elmi seminara dəvət almışdır. Universitetin Magistratura, Doktorantura və Elmi İşlər bölməsinin əməkdaşı Leyla Salayeva seminarda iştirak etmişdir.

Seminarda elektron hökümətin səmərələliyi, elektron imza, onun yaradılması və istifadə qaydaları müzakirə edilmişdir. Daha ətraflı məlumat üçün www.e-imza.az linkinə müraciət etmək olar.

 


Magistr dissertasiyasının müdafiəsi


İyunun 27-də Siyasi elmlər və beynəlxalq əlaqələr departamentində professor Riçard Russonun sədrliyi ilə magistr tələbəsi Nilufər Novruzovanın ingilis dilində təqdim etdiyi “Russia’s Impact on Osh Conflict 2010 Through Kyrgyz Nationalism” (“Rusiyanın Qırğız milliyətçiliyi vasitəsilə 2010-cu il Oş konfliktinə təsiri”)  adlı dissertasiya işinin müdafiəsi keçirilmişdir. Nilufər Novruzovanın dissertasiyası və təqdimatı komissiya üzvləri tərəfindən əla qiymətləndirilmişdir.

 


Əməkdaşımız Prinston Universitetində

 


Xəzər Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru, tarix elmləri üzrə fəlsəfə doktoru  Fərda Əsədov  2012-2013-cü tədris ilində ABŞ-ın Prinston Universitetinin Fulbrayt Təkmilləşmə Kursunda təhsil almışdır.  Onun təəssüratlarından ibarət yazını (ingilis dilində) sizə təqdim edirik. 


 


Xəzər Universitetinin yeni nəşri


 

Xəzər Universitetinin nəşriyyatında tibb elmləri doktoru Loğman Məmmədov və tibb elmləri üzrə fəlsəfə doktoru Elçin Əkbərovun həmmüəllifləri olduğu  “Kiçik çanağın, aralığın topoqrafik anatomiyası və cərrahi əməliyyatları” adlı dərslik çapdan çıxmışdır. Dərsliyin elmi redaktoru professor F. Abbasovdur. Kitab Tibb Universitetinin tələbələri və praktik həkimlər üçün nəzərdə tutulmuşdur.


 


Xəzər Universitetinin yeni nəşri: “Böyük dinlərlə tanışlıq”

 

Xəzər Universitetinin nəşriyyatında iranlı müəllif Hüseyn Tovhidinin “Böyük dinlərlə tanışlıq” kitabı Azərbaycan dilində çapdan çıxmışdır. Kitabı farscadan universitetin müəllimi, fəlsəfə doktoru Rüstəm Lazımov tərcümə etmişdir. Kitabın redaktoru və ön sözün müəllifi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır.

 


Xəzərin doktorant tələbəsinin dissertasiya mövzusu təsdiq edildi


 30 may, 2013-cü il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik problemləri İnstitunda elmi şuranın iclası ilə Kərimov Ceyhunun “Tema-rematik proqressiya, mənanın inkişafı (ingilis dilli mətnlər əsasında) adlı elmi işi təsdiq olunmuşdur. Elmi rəhbər:Əfqan Abdullayev