@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN
İlk səhifə Akademik fəaliyyət İnstitut və mərkəzlər Avrasiya hasilat sənayesi bilik mərkəzi

                                                 

 

Haqqımızda

  •  Xəzər Universiteti Avrasiya Hub - hasilat sənayesində bilik və bacarıqların artırmağa xidmət edən təlim - tədqiqat mərkəzidir. 
  •  Avrasia Hub Bilik Mərkəzi 2010-cu ildə ABŞ-nın Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) dəstəyi ilə yaradılmışdır.
  •  Avrasiya Hub Bilik Mərkəzi Xəzər Universitetinin nəzdində yerləşir.

 

Missiyamız

  •  Vətəndaş cəmiyyəti (VC)  nümayəndələrinin bilik və bacarıqlarının artırılması;
  •  Dövlət strukturları və VC arasında etibarlılığın yüksəldilməsi;
  •  Hasilat sənayesi sahəsində effektiv və şəffaf idarə olunmanın inkişafı üçün xüsusi biliklərin verilməsi;
  •  Təbii ehtiyatlardan əldə olunan gəlirlərin optimal idarə edilməsində tərəflər arasında razılığın əldə olunması 

 

Fəaliyyətimiz

  • Tematik dövri təlimlərin, yay məktəblərinin və digər oxşar tədbirlərin təşkili
  • Texniki dəstək və hamilik (təlim modullarının yazılması, məsləhət xidməti və s.)
  • Araşdırmalar 

 

Hədəf Qrupu

 Mədən sənayesində şəffaflıq, ictimai vəsaitlər, büdcə məsələlərinə maraq göstərən QHT-lər, jurnalistlər, tədqiqatçılar, elmi işçilər,  parlament və dövlət strukturlarının nümayəndələri  

Əhatə Coğrafiyası

Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Albaniya, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Əfqanıstan və Monqolustan 

 

Biz necə işləyirik

  • Təlim iştirakçıları icma maraqlarının lobbiçiliyi istiqamətində fəaliyyət aparmaq üçün tədqiqat metodları və analiz,  araşdırma metodikası, şirkətlər, dövlət strukturları və VC arasında sosial dialoqun təşkili prinsipləri ilə tanış olurlar.
  • Təlim zamanı iştirakçılara hasilat sənayesi şirkətləri və aidiyyatlı dövlət strukturları nümayəndələri ilə görüşmək imkanı yaradılır. Eyni zamanda təlim iştirakçıları üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıc götürdüyü Səngəçal terminalına səfər təşkil olunur
  • Təlim müddətində Bakı şəhərinə ekskursiya təşkil olunur. 

 

Əlaqə

Inqilab Əhmədov – direktor

Esmira Əsədullayeva – inkişaf meneceri

 

Ünvan: Məhsəti  küç., AZ 1096, Bakı - Azərbaycan

Tel: (+994 12) 422 24 97 

E-mail: hub.eurasia@gmail.com