@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Xəzər Universitəsinin Beynəlxalq Əlaqələr Ofisinin missiyası Universitəsinin beynəlxalq əlaqələrini koordinasiya etmək və inkişaf etdirməkdən ibarətdir.

Beynəlxalq Əlaqələr Ofisi tələbə qəbulu prosesi daxil olmaqla universitetin ümumi beynəlxalq strategiyasında, tələbə mübadiləsində və  universitetlərlə eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərində əsas rol oynayır. Beynəlxalq Əlaqələr Ofisi həmçinin beynəlxalq tələbələrə və mütəxəssislərə müvafiq olaraq məsləhət verir və kömək göstərir.

Bizim əsas rolumuz bu və digər vəzifələrdən ibarətdir:

  • Beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq sazişlərinə təşəbbüs göstərilməsi və idarə olunması;
  • Universiteti bir sıra beynəlxalq və yerli konfranslarda eləcə də müxtəlif tədbirlərdə təmsil etmək;
  • Erasmus Mundus, Mevlana kimi mübadilə proqramlarını koordinasiya etmək;
  • Universitetlərarası tələbə mübadiləsini koordinasiya etmək;
  • Beynəlxalq tələbələrə, mütəxəsislərə və qonaqlara müvafiq xidmət göstərmək;
  • Beynəlxalq tələbələrin Azərbaycanda statuslarının legallaşdırılmasına kömək göstərmək;

 

Beynəlxalq Əlaqələr Ofisi təhsil, tədqiqat, təlim və s. məqsədilə universiteti ziyarət edən əcnəbilərə tam mənada köməklik göstərir. Bu sahəyə daxildir:

  • Viza məktublarının təmin olunması
  • Gəlişin planlaşdırılması
  • Yaşayış yeri ilə bağlı məlumatlandırma
  • Migrasiya məsləhətləri
  • Uyğunlaşma proqramları
  • Əsaslı səbəbdən elmi müddətin uzadılması
  • Fövqəlada hallarda və ya gözlənilməz migrasiya probremləri zamanı məsləhətləşmə.

Beynəlxalq Əlaqələr Ofisinin göstərdiyi xidmətlər haqqında ətraflı məlumat əldə etmək üçün onun əsas səhifəsinə keçin.