@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Yarandığı gündən etibarən geniş beynəlxalq əlaqələrinin qurulması Xəzər Universitəsinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmuşdur. Universitetin beynəlxalq əlaqələri bir sıra istiqamətlərdə həyata keçirilir. Onlardan biri də təşkilat və şirkətlərlə səmərəli əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Bu məqsədlə Xəzər Universiteti müxtəlif dövlət və qeyri-dövlət təşkilatları, sənaye və biznes, beynəlxalq fondlarla əməkdaşlıq edir.

ABŞ, Cənubi Koreya, Türkiyə və Yaponiya kimi ölkələrin səfirlikləri  xarici müəllimlərin işə cəlb olunmasında və digər çoxsaylı əlaqələrin qurulmasında öz ölkələrində tərəfdaş axtarışında universitetə köməklik etməklə yanaşı, qrantlar çərçivəsində müəyyən mərkəzlərin işini maliyyələşdirir, Universitənin müxtəlif avadanlıqlarla təmin olunmasına da kömək edirlər. Səfirliklərlə yanaşı Xəzər Universitəsinin müxtəlif avadanlıqların təmin olunmasında köməklik edən beynəlxalq təşkilat və şirkətlər də vardır. Xəzər Universitetində öz kitabxanasını yerləşdirən Qafqaz-Beynəlxalq Ekoloji Epidemiologiya Cəmiyyəti, Xəzər Universitəsinin kitabxanasına yardım edən Türkiyənin  Ankara şəhərində yerləşən Yaxın Şərq Universiteti, Siyasi Elmlər departamentinin auditoriyasını avadanlıqla təchiz edən Türk "Sonmes Kilichli Punto" şirkəti və “E-learning” otağını təchiz edən Azercell belələrindəndir.

Eyni zamanda Xəzər Universitəsi EY (Ernst & Young), PricewaterhouseCoopers, Philip Morris, Azersun Holding, TÜSIAB (Azerbaycan Türk Sanayıcı ve İşadamları Beynelhalk Cemiyeti), Hyatt International, Coca-Cola Azerbaijan, McDermott, Norveç Humanitar Müəssi­sələri, BMT (Birləşmiş Millətlər Təşkilatı),  BMT-nin Uşaq Fondu (UNICEF), Elm, Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı (UNESCO) və s. kimi çoxsaylı təşkilatlarla sıx əməkdaşlıq edir. Universitə­mizin bir çox məzunları adı çəkilən müəssisələrdə yüksək vəzifələrdə işləyirlər.

Həyata keçirilən bu və digər əməkdaşlıq əlaqələri xarici tələbə və müəllimlərin cəlb edilməsini, Xəzərin Azərbaycanda və beynəlxalq aləmdə geniş nüfuzunu, maddi-texniki bazanın güclənməsini, ümumilikdə universitetdə təhsilin keyfiyyətinin  artırılmasını təmin edir.