@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Ali məktəb insan gücü yetişdirir və bilik istehsal edir. Ona görə ali məktəbin səviyyəsi bir tərəfdən bu prosesin nə dərəcədə dəqiq və səlist işləməsi ilə, digər tərəfdən isə prosesin nəticəsi ilə, yəni məzun­ların səviyyəsi ilə, verilən diplomun gücü ilə müəy­yən edilir. Ali məktəb tədris prosеsindəki imtahan­lar silsiləsi və digər tələbatlar ilə tələbənin məzuna, yəni mütəxəssisə çеvrilməsi yolunda sanki süzgəc­lər qoymuş olur. Ali məktəbin gücü və səviyyəsi bu süzgəclər silsiləsinin ciddiliyi və dəqiqliyi ilə birba­şa bağlıdır və bu, təhsildə keyfiyyətin yüksəldilməsinin əsas yoludur.

İnsan fəaliyyətinin bütün sahələrində olduğu ki­mi təhsildə də kеyfiyyət anlayışına müxtəlif ya­naş­malar mövcuddur. Keyfiyyət yüksək standart­lara ma­­lik olmaqdır, fərqli, istisna xüsusiyyətdir. Keyfiyyət bir prosesdir və bu baxımdan keyfiyyətin artırılması konsepsiyası keyfiyyətin təminatı və ya keyfiyyətə nəzarətdən daha vacibdir.

Hal-hazırda təhsil siyasəti inkişaf edir. Azərbaycanın neft və digər mineral resursursları  sayəsində iqtisadiyyat ilə yanaşı ali təhsil də durmadan irəliləyir. Lakin böyük uğurlar əldə etmək üçün zaman lazımdır və bu yolda hər bir ali məktəb öz töhfəsini verməlidir. Xəzər universitetində Keyfiyyətin Təminatı Mərkəzinin yaradılmasında məqsəd  dünya təcrübəsindən yararlanaraq universitetdə təhsilin keyfiyyətini yüksəltmək və ümumilikdə Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaqdan ibarətdir.