@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Peşə mərkəzi 1999-cu il noyabrın 1-də ABŞ-ın Avrasiya Fondu tərəfindən maliyyələşdirilmiş, "1999-2001-ci illər Xəzər Universitetində  Karyera Mərkəzinin İnkişafı Layihəsi" çərçivəsində yaradılmışdır.

Mərkəzin əsas məqsədi yuxarı kurs tələbələri və məzunlara, gələcək uğurlu karyeralarının qurulmasında və bu prosesdə vacib strateжi qərarların qəbul edilməsində yardımçı olmaqdır.

Mərkəz tələbələrə yardım etmək məqsədilə fərdi və qrup halında aşağıdakı mövzularda konsultasityalar keçirir.

  • Karyera imkanlarının qiymətləndirilməsi və strateji qərarların qəbul edilməsi
  • CV-lərin, müsahibələr üçün əhatəli məktubların və ərizə formalarının hazırlanması
  • Magistratura təhsilinin planlaşdırılması və ona hazırlıq
  • Beynəlxalq təqaüdlər və proqramlar haqqında məlumat

Mərkəz tələbələrin karyera qurmaq və iş axtarışında məsuliyyətli olmaları üçün  məlumat qaynaqları ilə təmin edir: Məsələn:

  • Karyera inkişafı ilə bağlı materialların əldə olunması
  • Onlayn verilənlər bazasına giriş
  • Karyera ilə bağlı mütəmadi elanlar

Mərkəz tələbələrin peşə bacarıqları ilə təmin edilməsi, akademik təhsilin iş ilə inteqrasiyası və iş imkanlarının araşdırılması ilə bağlı işəgötürənlərlə əlaqələr yaradır.

  • Şirkətlərə turlar və kampus daxilində təqdimatlar təşkil edir
  • Təcrübə, yay tətili zamanı iş və könüllü xidmət imkanlarını araşdırır
  • İş yarmarkaları təşkil edir

Mərkəzin əməkdaşları xaricidə təşkil olunan bir sıra təlim və inkişaf proqramlarında iştirak etmiş və daimi belə tədbirlərə yeni dəvətlər alırlar. Onlar universitetin elmi və işçi heyəti ilə birgə işləyir və tələbələrin iş axtarışında və karyera qurması prosesində müstəqil olaraq müvəffəqiyyət qazanmalarına köməklik göstərirlər.