@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN
İlk səhifə Universitet həyatı Tələbə xidmətləri Tələbələrə dəstək sistemi

Ali məktəbdə təhsil alan tələbələrin əksəriyyəti həyat təcrübəsi az olan gənclərdir. Buna görə də, onların hərtərfli dəstək və məsləhətlərə ehtiyacları var. Bu məqsədlə Xəzər Universitetində tələbələrə müxtəlif dəstək və yardım proqramları mövcuddur. Universitetdə təhsil və ümumilikdə həyatla bağlı müxtəlif sahələrdə tələbələrə kömək məqsədi ilə Tələbələrə Dəstək Sistemi yaradılmışdır.

Tələbələrə dəstək sisteminin əsas məqsədi müxtəlif yollarla karyeranın inkişaf etdirilməsi, hüququn tənzimlənməsi, məsləhət, psixoloji dəstək və tələbələrə xüsusi qayğı göstərməkdir.

Universitetə yeni qəbul olan tələbələrə kampus və universitet şəraitinə uyğunlaşmaq üçün faydalı məlumatlarla zəngin məlumat kitabçası təqdim edilir.