@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Universitetdə tədris, ümumi sahəsi 17.542 kv.m. olan 5 tədris korpusunda aparılır.

 

Neftçilər Kampusu - 1

Ünvan: Məhsəti küçəsi 11

Burada nəşriyyat, mətbəə, surətçıxarma mərkəzi, elmi və tədris laboratoriyaları, akademik departmentlər, elmi institut və mərkəzlər fəaliyyət göstərir, elmi və ədəbi-publisistik jurnallar nəşr olunur. Zəngin universitet kitabxanasının bir hissəsi, müasir kompüter mərkəzləri, tibb mərkəzi, idman salonu tələbə və işçilərin xidmətindədir.

 

Neftçilər Kampusu-2

Ünvan: Məhsəti küçəsi 11

Tədris binası ən müasir kompüterlərlə təchiz edilmiş kompüter mərkəzləri, müasir yazı lövhələri, proyektorlarla, eləcə də video-nəzarət sistemi ilə təchiz edilmiş geniş və işıqlı auditoriyalar, binanın birinci mərtəbəsini əhatə edən müasir tələblərə cavab verən yeməkxana və binanın 5-ci və 6-cı mərtəbəsində yerləşən geniş, ən müasir dərsliklərlə zəngin kitabxanadan, eləcə də xüsusi dizayna malik konfrans salonundan ibarətdir.

 

Mərkəz Kampusu

Ünvan: Bəşir Səfəroğlu küçəsi 122

Bina 20-dən çox dərs otağından, konfrans mərkəzindən, yeməkxana, kitabxana və kompüter laboratoriyası, 280 nəfərlik gözəl teatr salonundan ibarətdir. Bu salon, universitədə təşkil olunan konfrans, yaradıcılıq gecələri, müxtəlif görüşlər və. s. tədbirlərinin keçirilməsində istifadə olunur.

 

Binəqədi Kampusu 

Ünvan: Bakı, Əcəmi Naxçıvani 9

Burada Xəzər Universiteti nəzdində fəaliyyət göstərən «Dünya» məktəbi yerləşir, həmçinin Təhsil fakültəsinin bir sıra dərsləri də burada keçirilir. Müasir xüsusi dizaynla tikilmiş kampus təxminən 1 hektara yaxın sahəni əhatə edir. 3 tədris binası və ayrıca idman kompleksindən ibarət kampus tədris üçün lazım olan bütün əsas və köməkçi vəsitələrlə, o cümlədən kitabxana, laboratoriyalar, kompüter salonları, yeməkxana, qonaq evi və s. ilə təmin edilmişdir. Xəzər Universiteti Texnoparkı da burada yerləşir.

 

 

Xəzər Universiteti Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzi

 

                           Ünvan: Həzi Aslanov küçəsi 31
  Burada universitetin adı çəkilən mərkəzi fəaliyyətdədir. Mərkəz elmi-tədqiqat və maarifçiliklə
  məşğul olmaqla yanaşı əhaliyə və təşkilatlara xidmət də göstərir.