@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Xəzər Universiteti məzunlar, valideynlər, korporasiyalar, sənaye tərəfdaşları və potensial sponsorlar ilə geniş əlaqələr yaradır və onlarla universitetin inkişaf proqramında iştirak etmək istiqamətindıə hərtərəfli iş aparır. İnkişaf kompaniyalar, iştirak edə biləcəyiniz müxtəlif tədbirlər, toplantılar və imkanlar haqqında son məlumatları Xəzər universiteti İnkişaf mərkəzinin veb saytından əldə edə bilərsiniz: http://old.khazar.org/s349/Development-Office.

 

 

Xəzər haqqında

     Xəzər Universiteti əvvəldən xarici təcrübəyə istinadən quruldu. Burada Amerika təcrübəsi xüsusən böyük rol oynadı. Mən onun qurucusu və təsisçısı professor Hamlet İsaxanlının fəaliyyətini xüsusi qiymətləndirərdim. Hamlet müəllimin fəaliyyətinin səmərəli  nəticəsi sadəcə bir ali məktəb quruculuğunda deyil, onun özünün istedadlı bir insan olması ilə bağlıdır. Bu insan təbiətə elmi baxışla baxa bilir, onun bədii, riyazi təfəkkürü var ki, həyata, quruculuğa, insanlara kompleks yanaşa bilir. O, kompleks yanaşmağı bacardığı üçün də universiteti təsis edəndən xarici təcrübənin tətbiqinə başladı. Oranın mütəxəssisləri uzun müddət xaricdən mühazirələr gətirirdi və nəhayət, ingilis dilində tədrisə keçdilər. Mənə elə gəlir ki, təhsil sahəsində ən qabaqcıl ölkələrin təcrübəsini ilk dəfə tətbiq edən Xəzər Universiteti olub. Sonra Hamlet müəllim “Dünya” məktəbi adlanan orta məktəbi yaratdı ki, olduqca gözəldir. Mən orada bir neçə dəfə tədbirlərdə iştirak etmişəm, maraqlanmışam. Orada ayrı-ayrı problemlərin müzakirəsi keçirilir və “Dünya” məktəbinin uşaqları, həqiqətən, dünyaya çıxan kiçik “dünya”dırlar. Bir var böyük dünya, bir də var kiçik dünya! Böyük dünya birdir, insanların sayı qədər də kiçik dünya var. Bu, Kamenskinin fikridir. Məhz orada insanların sayı qədər dünya var. Buna görə də, oradakı şagirdlər dünyagörüşlü, hazırcavab olurlar. Sərbəst fikir yürüdə, irəlini görə bilirlər.

     Xəzər Universitetində  də, həmçının, müasirlik, təmənnasızlıq,müasir texnologiyanın tətbiqi, tələbələrin müstəqil işinin inkişaf etdirilməsi kimi mütərəqqi hallar mövcuddur. Təhsildə müstəqil iş mühüm rol oynayır. Tələbə müstəqil işləyə-işləyə öyrənməlidir. İnformasiya o qədər boldur ki, müəllım onu çatdıra bilmir, yön, istiqamət verir. Qalanını tələbə özü etməlidir. Xəzər Universitetində də bu cəhət var.

 

Əjdər Ağayev,

Azərbaycan Respubıikası Təhsil Şurasının sədri,

pedaqoji elmlər doktoru, professor

 

Mənbə: “Xəzər Xəbər” dərgisi, 2013-cü il, №  317