@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır.
Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir.
Fəaliyyətdə оlduğu müddətdə Хəzər Universiteti öz оrijinal təhsil mоdeli ilə, tətbiq etdiyi tədris prоqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır.
Uni­versitədə 2000-ə yaxın yerli və xarici tələbə təhsil alır.
Tələbələrin təxminən 55 faizini oğlanlar, 45 faizini qızlar təşkil edir.
Tələbələrin təxminən 20 faizi magistratura və doktorantura tələbələridir.
Universitetdə azərbaycanlılarla yanaşı ABŞ, bir sıra avropa ölkələri, eləcə də Çin, Koreya, Hindistan, Pakistan, İran, İraq, Türkiyə, Misir, Nigeriya, Anqola, bir sıra MDB ölkələri,  və s. ölkələrdən müxtəlif irq və mədəniyyətləri təmsil edən əcnəbi tələbələr təhsil alır. Əcnəbi tələbələr təhsil alan tələbələrin təxminən 15 faizini təşkil edir.
Məzunlarla yanaşı universitetin yuxarı kurs tələbələri ölkəmizdə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlardan və digər iş yerlərindən  yüksək maaşlı işlərə dəvətlər alırlar.
Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.