@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Universitetdə 200-dən çox professor-müəllim heyəti çalışır. Bunlar həm tanınmış yerli, həm də xaricdən dəvət olunmuş mütəxəssislərdir.
Yerli mütəxəssislərin əksəriyyəti müxtəlif vaxtlarda müxtəlif proqramlar, qrantlar üzrə dünyanın müxtəlif ali məktəblərində təcrübə keçmiş, öz sahələrində söz və nüfuz sahibi olan ingilisdilii mütəxəssislərdir.
Universitetdə yerli mütəxəssislərlə yanaşı, bir sıra xarici mütəxəssislər də çalışırlar. Hər semestr təxminən 10-20 xarici müəllim bütün semestr boyu Xəzərdə dərs deyir. Bununla yanaşı qısa müddətli dərs demək və elmi məruzələr etmək üçün tez-tez  xaricdən mütəxəssislər dəvət olunur. Onlar tələbələrə 1 həftəlik, 2 həftəlik və 3 həftəlik intensiv dərslər verməklə kadr təminatını və tədris metodologiyasını gücləndirir. Onların rəhbərliyi ilə müəllimlər üçün treyninq kursları da təşkil edilir ki, bu da yerli müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasına xidmət edir.
Professor-müəllim heyətinin təxminən 10 faizi universitetin öz məzunlarıdır.
Xəzər universiteti xaricdən dəvət edilmiş mütəxəssislərin, eləcə də xaricə göndərilmiş müəllim və tələbələrin sayına görə Azərbaycanın və yaxın bölgənin ən qabaqcıl ali məktəbidir.