@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

1999-cu ildə təsis edilmiş Azərbaycan Arxeologiyası jurnalı hazırda geniş oxucu kütləsinə malikdir.

Jurnalın təsisçisi  Professor Hamlet İsaxanlı, baş redaktor Professor Qüdrət İsmayılzadədir.

Jurnalda dünya arxeologiyasının mənşəyi və tərəqqisi, böyük arxeoloji kəşflər, Azərbaycanda və dünyada aparılan arxeoloji qazıntı işləri barədə maraqlı məqalələr dərc olunur, Azərbaycan və dünya arxeologiyası ilə bağlı nəzəri işlər, tədqiqatlar öz əksini tapır.

Jurnalda məqalələr Azərbaycan, İngilis və Rus dillərində dərc olunur.

Jurnal bir neçə bölmədən ibarətdir: araşdırmalar, maraqlı tapıntılar, elmin tarixi, işğal olunmuş abidələr, böyük arxeoloji kəşflər və s.

Jurnal həmçinin, tələbələrin öyrənmə  prosesinə yardım etmək məqsədi daşıyır və bu baxımdan jurnal iki əsas bölmədən-  "tələbələrə kömək" və"köməkçi tarixi elmlər" bölmələrindən ibarətdir.

 

 Redaktordan