@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Tələbə semestrin ilk iki həftəsi ərzində qeydiyyatdan keçdiyi fəndən imtina edə bilər.  Bundan sonra isə yalnız fakültə dekanının razılığı ilə fəndən imtana oluna bilər. Əgər tələbə 5-ci həftədən sonra fəndən imtina edərsə, həmin dərsin  təhsil haqqını tam ödəməlidir. Bu zaman qiymət cədvəlində qiymətin əvəzində W yazılacaq.

Tələbə universitet tərəfindən müəyyən olunmuş qaydaları pozduğu zaman dərslərdən inzibati qaydada uzaqlaşdırıla bilər. Universitet qaydalarının ciddi pozuntusu baş verərsə tələbə müəyyən müddətə (məsələn, bir semestr, bir il, və ya müddətsiz olaraq) universitetdən də uzaqlaşdırıla bilər.

Bütün bunlar yalnız mövcud qaydalar, əsasnamələr əsasında həyata keçirilir.