@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Tələbə müxtəlif səbəblərlə bağlı müəyyən müddət (ən çox dörd semestr) təhsildən möhlət götürə bi­lər. Bunun üçün uyğun fakültə dekanının yazılı raz­ı­lığı olmalı və rektora ərizə ilə müraciət olunmalıdır.

Möhlət müddəti bitən tələbə, iki həftə ərzində (yay dövründə müəyyən istisnalar mümkündür) bərpa olmalı və cari semestr üçün qeydiyyatdan keçməlidir.

Tələbə bərpa olmaq üçün əvvəlcə fakültə de­ka­nının yazılı razılığını almalı və Uni­versitə xəzinəsinə 50 (əl­li)  ma­nat məbləğində pul ödə­məlidir. Yalnız bun­­dan sonra tələbə Universitəyə bərpa olun­­masını rəs­­miləşdirmək üçün ərizə ilə rektorluğa müra­ciət et­mə­­­­lidir.

Göstərilən müddət ərzində bərpa olmayan tələbə universitədən xaric edilir.

Bərpa olunmaq istəyən tələbə təhsil haqqını bərpaolunma zamanın­dakına uyğun olaraq ödəməli və bu dövrdə qüv­və­də olan akademik tələbləri və qaydaları yeri­nə yetir­məlidir.

Hər-hansı bir səbəbdən universitədən xaric edilmiş tələbə, beş il müddət keçdikdən sonra, Universitəyə bərpa olunmaq hüququnu itirir (əsaslandırılmış istisnalar ola bilər).