@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Akademik düzlük həmişə Xəzər universitetinin təhsil siyasətində mərkəzdə duran məsələlərdən biridir.

Bunun əsas standartlarından biri odur ki, Xəzər Universitetində tələbələr ancaq öz əməyi nəticəsində kredit qazana bilirlər.

İmtahanın gedişi zamanı tələbələr arasında ünsiyyətə icazə verilmir. Imtahan zamanı imtahan qaydaları və ya nizam-intizam pozularsa  cəza tətbiq olunur. Köçürmə, hər hansı bir əlavə vəsaitdən isti­fa­də etmək, tələbələr arasında hər hansı bir formada ün­siy­yətin olması, saxtaçılıq və digər oxşar hallarda tələbələrə qarşı müva­fiq cəza tədbirləri tətbiq edilir.

Meydana çıxan bütün problemlər şəxsi münasibətlər zəminində deyil, yalnız mövcud qaydalar, əsasnamələr əsasında həll edilir. Bunun üçün universitetdə tələbələr və müəllimlər üçün yaddaş kitabçası, imtahan qaydaları, nizam-intizam qaydaları və digər bir çox sənədlər hazırlanmışdır.

Akademik davranış qaydalarına riayət etmək Xəzər ictimaiyyətin bütün üzvləri, o cümlədən professor-müəllim heyətinin də borcudur. Dərs prosesində, imtahan zamanı ciddi, obyektiv, vicdanlı olmaq professor-müəllim heyətinin əsas vəzifələrindən biridir.

Universitetdə müəllim kadrlarının seçilməsində tələbələrin fikirləri də vacib rol oynayır. Bunun üçün hər semestr sessiyadan sonra tələbələr arasında müəllimlər haqqında anonim sorğu keçirilir. Sorğunun nəticələri növbəti semestr üçün müəllim seçimində xüsusi yer tutur.