@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Bakalavr dərəcəsi almaq üçün tələbələr aşağıdakı 27 kre­dit­lik Universitə Tələblərini ödəməlidirlər:

İngilis dili                                            ---             15 kredit

Azərbaycanşünaslıq                             ---             12 kredit

  

İngilis dilindən tələb olunan 15 kredit aşağıdakı fənləri verməklə toplanır:

  • İngilis dili/Oxu 1                           ---  3 kredit
  • İngilis dili/Yazı 1                          ---  3 kredit
  • İngilis dili/Oxu 2                           ---  3 kredit
  • İngilis dili/Yazı 2                          ---  3 kredit
  • İxtisasa uyğun İngilis dili            ---  3 kredit

 

Qeyd:      İngilis dili/Oxu fənni inglis dili üzrə oxuma və din­­lə­mə, İngilis dili / Yazı fənni isə yazı və da­nı­şıq kom­po­nentlərini özündə birləşdirir.

 İngilis dili fənlərinin təhsil müddətinin ilk üç semestri ər­zin­də başa çatdırılması məsləhət görülür.

 Azərbaycanşünaslıq aşağıdakı fənləri əhatə edir:

  • Azərbaycan dili                             ---  3 kredit
  • Azərbaycan ədəbiyyatı               ---  3 kredit
  • Azərbaycan mədəniyyəti            ---  3 kredit
  • Azərbaycan tarixi                         ---  3 kredit

 Tələbələr Azərbaycan dilində yaxşı danışmalı, oxu­malı və yazmalıdırlar. Azərbaycan dili və ədəbiyyatı bi­rinci təhsil ilində başa çatdırılmalıdır. Əgər Azər­bay­can dili tələbənin ana dili deyilsə, tələbə əcnəbi tələbələr üçün nəzərdə tutul­muş xüsusi Elementar Azərbaycan dili fənnini öyrənməlidir.

 Azərbaycan mədəniyyəti fənni olaraq tələbə İncə­sənət və Mədəniyyət departamenti tərəfəndən hazır­lan­mış Azərbay­can mədəniyyətindən praktiki dərslər (xalq musiqisi, musiqi mədəniyyəti, kino tarixi, rəqs an­samblı, xor, milli geyimlər və s.) seçərək kredit toplaya bilər.