@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN
İlk səhifə Akademik fəaliyyət Fakültələr Humantiar və Sosial Elmlər Fakültəsi

Ümumi məlumat 


Xəzər Universiteti yaradılandan bir il sonra Humanitar fakültəsinin yaradılması ilə bağlı fikir irəli sürüldü. Böyük ümid bəsləyərək, humanitar sahələrdə gənc mütəxəsislərin yetişdirliməsinin nə dərəcədə vacib  olması ilə bağlı olaraq 1992-ci ildə Humanitar fakültəsinin  əsasının qoyulması ilə yanaşı bir sıra departamentlər də fəaliyyətə başladı. Fakültələrin yaradılmasında əsas məqsəd Azərbaycanın milli dəyərlərinin, mədəniyyətini  qiymətləndirməyin, qoruyub saxlamağın, doğru təbliğatını aparmağının, bizim irsimizdə dərin iz buraxan bu dəyərlərin nə dərəcədə digər mədəniyyətlərdən fərqli olduğunu  öyrənməkdir.

Beləliklə, tələbə adını qazanan tələbələr uğurla yeni yaradılan Humanitar  fakültəsində ixtisas fənlərindən əlavə, ikinci dil kimi Şərq və Qərb dillərini öyrədən Ingilis dili ədəbiyyatı və Jurnalistika ixtisasları üzrə təhsil alırdılar. 2004-cu ildə Hüquq və Sosial  Elmlər fakültəsində fəaliyyət gostərən bir sıra departamentlərin Humanitar Fakültəsinin tərkib hissəsinə qatılması ilə bağlı  müzakirələr aparıldıqdan sonra 2005-ci ildə Humanitar və Sosial Elmlər fakültəsi  ilə əvəz olundu.

Hal-hazırda da  Humanitar və Sosial Elmlər Fakültəsi Xəzər Universitəsində bakalavr və magistr dərəcələri proqramlarına uyğun olaraq müəyyən sahələr üzrə geniş silsiləli proqramlar hazırlayan ən böyük  fakültədir. Humanitar və Sosial Elmlər Fakültəsində diqqət çəkən ən mühüm amillərdən biri də Qərbi-Avropa ve Şimali Amerikada təlimlər keçən müəllim heyətinin olmasıdır.

Humanitar və Sosial Elmlər Fakültəsi  tələbələri hər zaman öz intellektual səviyyə və maraq dairələrinə görə fərqlənirlər. Dərslərin və tələbələrin apardığı elmi-araşdırmaların  əsas aparıcı dili ingilis dili olduğu üçün Qərbdə yerləşən yüksək səviyyəli təhsil mərkəzlərinin tədris proqramlarının standartlarına tam cavab verdiyinə görə fakültədə tələbələr, araşdırmaçılar  öz sahələri üzrə  inkişaf etməklə yanaşı, dünya elmi məclislərində yüksək səviyyədə, məqsədyönlü şəkildə iştirak edərək təcrübə qazanırlar.