@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Missiyası

Tarixin öyrənilməsi bir çox suallara söykənir ki, məsələn bəşəriyyətin yaradılması, cəmiyyətin inkişaf etməsi, keçmişimiz, bu günümüz, mədəniyyətimiz öyrənilməsi ilə təhsilin inkişaf etdirilməsidir.

Tarix və Arxeologiya departamenti də yüksək təhsil standartlarını təmin edir. Departamentin məqsədi tələbələri insanların yaranması və inkişafı haqqında biliklə təmin etmək, onların bacarığını inkişaf etdirmək, tədqiqatlara rəhbərlik edib və onları analiz etmək və əsas nəticəni göstərməkdir. Departamentin əsas məqsədi tələbələrdə tədqiqat işlərinin inkişaf və analiz etdirilməsi və tarixi üsullarlardan istifadə etməklə dəqiq nəticə əldə edilməsidir.

Bizim əsas missiyalarımızdan biri də bəşəriyyətin keçmişi haqqında biliklərin qorunması və inkişaf etdirilməsidir.

2010-cu ildə Təhsil fakultəsi və Tarix və Arxeologiya departamentində yeni – Tarix və coğrafiya ixtisası açıldı. Təcrübə (interna) proqramın əsas hissəsinə daxildir və tələbələrə “Dünya məktəbi”ndə və digər məktəblərdə praktika və interna keçmək üçün şərait yaradılır.

Departamentin müəllim-professor heyəti də tələbələrə tarix elmini yüksək dərəcədə mənimsəməsinə kömək edir.

Bu məqsədi yerinə yetirmək üçün bütün fənnlər üzrə müzakirələr aparırıq və tələbələrə proqramı izah edirik.

Departament dünya sivilizasiyaları tarixinin esas fənnini təqdim edir və bu kursa qədim və orta əsrlər tarixi, Asiya, Afrika, Amerika mədəniyyəti tarixi və həmçinin arxeologiya, etnologiya, antropologiya fənnləri daxildir və burada nisbətən tarixi problemlər də müzakirə olunur. Universitetin tələblərinə uyğun olaraq departament Azərbaycanın Milli tarixi-mədəniyyəti və inkişafı ilə bağlı fənnlər təşkil edir.

 

Departament fənnin tədrisi zamanı vizual vasitələrdən, tarixi xəritələrdən, video materiallardan və digər vasitələrdən istifadə edir. Departamentin xüsusi kitabxanası qiymətli tarixi materiallarla zəngindir. Tədris  prosesi zamanı departament tələbələrin marağını qoruyur, onları kreativ və müstəqil işlərə cəlb edir. Tələbələr müxtəlif presentasiyalar hazırlayır, esselər yazır və departament tərəfindən aparılan elmi seminarlarda və konfranslarda aktiv iştirak edir.

Departamentin həmçinin, dövlət arxivi ilə, müxtəlif institutlar ilə və tarix muzeyləri güclü əlaqəsi var. Universitetin tələbələri isə ən çox Azərbaycanın müxtəlif bölgələrində olan tarixi yerləri gəzməyi çox sevirlər.