@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN
İlk səhifə Akademik fəaliyyət Akademik departamentlər Azərbaycan dili və ədəbiyyatı

Missiyası

Xəzər Üniversitetinin Azərbaycan dili və Ədəbiyyat departamentinin əsas  vəzifəsi  Üniversitetin bütün fakültələrində Azərbaycan dilini,  Azərbaycan və Dünya ədəbiyyatını tədris etmək, bu fənnlər üzrə bakalavr, magistr və doktorantlar hazırlamaqdır.

 Üniversitetin “Mühəndislik və Tətbiqi Elmlər”, “Humanitar və Sosial Elmlər”, “İtisadiyyat və Menecment” fakültələrində, Təhsil fakültəsinin “İbtidai təhsil müəlimliyi”, “Riyaziyyat və Informatika Müəllimliyi”, “Kimya və Biologiya müəllimliyi” ixtisaslarında Azərbycan dili və ədəbiyyatı məcburi və qeyri-ixtisas fənni olaraq öyrədilir. Adları çəkilən fakültə və ixtisaslarda departament daha çox Azərbaycan dili və Azərbayacan ədəbiyyatı fənnlərinin tədrisində ümumi məlumat, tanışlıq xarakterli məzmuna üstünlük verir.

 Təhsil fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”  ixtisası üzrə bakalavr dərəcəsində departamentin məqsədi yüksək səviyyəli, peşəkar müəllimlər hazırlamaq üçün Azərbaycan dili və ədəbiyyatını (o cümlədən Dünya ədəbiyyatını) tələbələrə bütün mərhələ və dövrləri, bölmə və sahələri ilə nəzəri və praktik şəkildə tədris etməkdir.

Təhsil fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı(filologiya)”  ixtisası üzrə bakalavr dərəcəsində departamentin məqsədi tələbələrə müasir Azərbaycan dilinin qrammatik strukturunu, bölmələrini geniş şəkildə öyrətməklə yanaşı dilçilik, ədəbi dil tarixi haqqında məlumat vermək, Azərbaycan ədəbiyyatının (o cümlədən Dünya ədəbiyyatının)  xronoloji qaydada öyrənilməsini həyata keçirmək, müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin həyat və yaradıcılığını öyrətmək, ilkin nəzəri məlumatlarla təmin etməkdir.

 Təhsil fakültəsinin hər iki ixtisası üzrə magistr dərəcəsində təhsil alan tələbələrə dil və ədəbiyyatın ayrı-ayrı problemlərini dərindən öyrətmək, onların nəzəri hazırlığını artırmaq, təhlil və tətbiqetmə, mətn üzərində işləmək bacarığını aşılamaq departamentin əsas məqsədidir.

Departament doktorluq dərəcəsində təhsil alanlarıın ümumi nəzəri hazırlığını yüksəltməklə bərabər, dil və ədəbiyyatın ayrı-ayrı problemləri üzrə onları tədqiqat işlərinə yönləndirməyi fəaliyyətinin əsas istiqaməti hesab edir.

Azərbaycan dili və ədəbiyyat departamenti dil və ədəbiyyatın  müxtəlif istiqamətləri, problemləri üzrə tədqiqat işlərinin aparılması, tələbələr üçün tədris vəsaitlərinin hazırlanmasını, elmi seminar və müzakirələrin, simpoziyum və konfransların təşkilini, tələbələrin tədqiqat işlərinə cəlb edilməsini elmi fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir.

 Departament universitetin sosial həyatında yaxından iştirak etməyi, ədəbiyyat müzakirələri, şeir gecələri, qiraət yarışları təşkil etməyi, universitetin hazırladığı tədbirlərdə tələbələrin fəallığını təmin etməyi də fəaliyyət planın mühüm hissəsi hesab edir.

 

Rəsmi sayt: Ədəbi.az