@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN
İlk səhifə Akademik fəaliyyət Akademik siyasət Bakalavr pilləsində təhsil alan tələbələrin təsnifatı

Bakalavr pilləsində təhsil alan tələbələrin kurs təsni­fatı on­ların yığdıqları kreditin sayı ilə bağlıdır. Təsni­fat aşağıda göstərilən kimidir:

Birinci kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 1/4 - dən az kredit toplamış tələbə. Başqa sözlə, 128 (132) kredit toplanması tələb olunan ba­ka­lavr proqramında 32 (33) – dən az kredit toplamış tə­ləbə

İkinci kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 1/2 - dən az, lakin 1/4 – dən çox kredit toplamış tələbə. Başqa sözlə, 128 (132) kredit top­lanması tələb olunan bakalavr proq­ra­mın­da 32 (33) və ya daha çox, lakin 64 (66) – dan az kredit toplamış tələbə

 Üçüncü kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 1/2 - dən çox, lakin 3/4 – dən az kredit toplamış tələbə. Başqa sözlə, 128 (132) kredit toplanması tələb olunan bakalavr proqramında 64 (66) və ya daha çox, lakin 96 (99) – dan az kredit toplamış tələbə

 Dördüncü kurs tələbəsi: Proqramı bitirmək üçün tələb olunan kredit sayının 3/4 - dən çox kredit top­la­mış tələbə. Başqa sözlə, 128 (132) kredit toplanması tələb olunan bakalavr proqramında 96 (99) və ya daha çox kredit toplamış tələbə.