@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Yarandığı gündən etibarən geniş beynəlxalq əlaqələr qurmaq Xəzər universitetinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmuşdur. Universitetin beynəlxalq əlaqələri əsasən aşağıdakı istiqamətlərdə həyata keçirilir:


  • Dünyanın nüfuzlu ali məktəbləri, elmi mərkəzləri ilə əməkdaşlıq
  • Tanınmış xarici universitetlərlə tələbə və müəllim mübadiləsi
  • Beynəlxalq layihə və qrantlar
  • Müxtəlif beynəlxalq konsersiumlarla əməkdaşlıq
  • Beynəlxalq elm və təhsil sərgilərində iştirak
  • Xarici ölkə səfirlikləri, beynəlxalq təşkilat və xarici şirkətlərlə əlaqələr
  • Əcnəbi tələbə və mütəxəssislərin cəlb olunması
  • Fakültə, institut, şöbə və fərdi səviyyələrdə beynəlxalq əməkdaşlıq
  • Beynəlxalq konfranslar və müxtılif elmi məclislərdə iştirak

 

Həyata keçirilən bu və digər əməkdaşlıq əlaqələri xarici tələbə və müəllimlərin cəlb edilməsini, Xəzərin Azərbaycanda və beynəlxalq aləmdə geniş nüfuzunu, ümumilikdə universitetdə təhsilin keyfiyyətinin  artırılmasını təmin edir.

ABŞ, Cənubi Koreya, Türkiyə və Yaponiya kimi ölkələrin səfirlikləri  xarici müəllimlərin işə cəlb olunmasında və digər çoxsaylı əlaqələrin qurulmasında öz ölkələrində tərəfdaş axtarışında universitetə köməklik etməklə yanaşı, qrantlar şərçivəsində müəyyən mərkəzlərin işini maliyyələşdirir, Universitetin müxtəlif avadanlıqlarla təmin olunmasına da kömək edirlər. Səfirliklərlə yanaşı Xəzər Universitetinin müxtəlif avadanlıqların təmin olunmasında köməklik edən beynəlxalq təşkilat və şirkətlər də vardır. Xəzər Universitetində öz kitabxanasını yerləşdirən Qafqaz-Beynəlxalq Ekoloji Epidemiologiya Cəmiyyəti, Xəzər Universitetinin kitabxanasına yardım edən Türkiyənin  Ankara şəhərində yerləşən Yaxın Şərq Universiteti, Siyasi Elmlər departamentinin auditoriyasını avadanlıqla təchiz edən Türk "Sonmes Kilichli Punto" şirkəti belələrindəndir.


Xezer_Universitesi_dunyanın_gozu_ile.pdf