@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

Xəzər Universiteti Azərbaycanda fəaliyyətə başlayan ilk özəl ali məktəbdir. Universitetin öz loqosu, bayrağı, himni var, burada məzunluq tədbirləri xüsusi ənənə ilə keçirilir, məzunlar məzunluq andını söyləyərək and içirlər.

Universitetin himni ilə yanaşı, “Tələbə valsı”,  “Dünya məktəbinin mahnısı” Universitetin tədbirlərində daimi səslənən musiqi nömrələridir.

Universitetin himninin sözlərini Universitetin təsisçisi, Direktorlar və Qəıyyumlar Şurasının Sədri Hamlet İsaxanlı, musiqisini Azərbaycanın xalq artistləri, bəstəkar Ramiz Mustafayev və Vasif Adıgözəlov yazmışlar.

“Tələbə valsı”nın sözləri Hamlet İsaxanlıya, musiqisi Ramiz Mustafayevə, “Dünya məktəbinin mahnısı”nın sözləri Hamlet İsaxanlıya, musiqisi isə Dünya məktəbinin təsisçisi Nailə Xanım İsaxanlıya aiddir.