@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

21 June 2016

“Xəzər”in rəqs qruplarının yığıncağı keçirildi

2016-cı il iyunun 21-də Xəzər Universitetinin oğlanlardan və qızlardan ibarət rəqs qruplarının yığıncağı keçirildi. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli rəqs qruplarının Türkiyənin Kahramanmaraş və Giresun şəhərlərindəki fəaliyyətləri haqqında məlumat verdi və tələbələrə universitet rəhbərliyi adından dərin təşəkkürünü bildirdi.

Sonra cari ilin avqustunda Türkiyənin Arhavi şəhərində keçiriləcək 49-cu Arhavi Beynəlxalq Festivalına hazırlıqla bağlı məsələlər müzakirə edildi. Müzakirələrdə Musiqi və incəsənət departamentinin müdiri Zülfiyə Sadıqova, rəqs müəllimləri Telman Əliyev və Səbinə İsmayılova çıxış etdilər. Rəqs qruplarının geyimləri, rəqslərin hazırlığı məsələləri və digər hazırlıq işlərinin görülməsi geniş müzakirə olundu. Arhavi Festivalına hazırlıqla əlaqədar olaraq, iyul və avqust aylarında rəqs müəllimləri tərəfindən intensiv məşqlər həyata keçirilməsi qərara alındı. 


TOP DESTINATIONSTOP DESTINATIONS