@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

22 June 2016

Erasmus+ mübadilə imkanlarına seçilmiş tələbələr üçün səfərqabağı məlumatlandırma sessiyası (oriyentasiya) keçirildi

2016-cı il iyunun 22-də Beynəlxalq Əlaqələr Şöbəsi Erasmus+ proqramı çərçivəsində mövcud olan mübadilə imkanlarına seçilmiş tələbələr üçün səfərqabağı məlumatlandırma sessiyası (oriyentasiya) keçirdi. Xəzər Universitetinin hər təhsil pilləsi üzrə ümumilikdə 14 tələbəsi İtaliya, Polşa, Sloveniya, Türkiyə və Birləşmiş Krallıqda olan partnyor universitetlərdə mübadilə proqramında iştirak etmək üçün seçilmişdir.

Xəzər Universitetinin təsisçisi və Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görüşü açdı. Tələbələri mübadilə imkanlarına seçilmələri münasibətilə təbrik etdi və onlara dərslərində uğurlar arzuladı. Professor İsaxanlı onların təhsil pillələrinə uyğun olaraq, hər birinə ayrıca məsləhətlər verdi və xaricdə təhsil alacaqları müddətdə bundan yararlanmaları üçün həvəsləndirdi.

Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova Erasmus+ proqramı və beynəlxalq mübadiləyə aid olan qayda-qanunlar haqqında təqdimat keçirdi. O, tələbələri mübadilədən əvvəl, mübadilə ərzində və sonra atmalı olduqları vacib addımlar haqqında məlumatlandırdı. Sağlamlıq, sığorta, şəxsi təhlükəsizlik, yeni cəmiyyətə uyğunlaşma, yerləşmə, təhsil gözləntiləri və digər mühüm məsələlər də əhatə olundu.

2016-2017-ci tədris ili üçün seçilən tələbələrin və təhsil alacaqları universitetlərin adları belədir:

Bakalavr tələbələri

Kozminski Universiteti (Polşa): Nadir Qədirli (maliyyə), Lalə Salayeva (iqtisadiyyat), Nərmin Abbasova (mühasibat uçotu və audit); Lyublyana Universiteti (Sloveniya): Erlan İsmayilov (maliyyə), Anar Əhmədov (maliyyə), Süleyman Yagizarov (maliyyə), Aslan İsaxanlı (menecment), Ülviyyə Əzizova (maliyyə); Orta Doğu Teknik Universiteti (Türkiyə): Nəzrin Babaşova (kimya mühəndisliyi), Nicat Rəcəbli (kompüter mühəndisliyi).

 

Magistr tələbələri

Lodz Universiteti (Polşa): Vusalə Hüseynova (MBA, Beynəlxalq iqtisadi münasibətlər); Sapienza Universiteti/Roma (İtaliya): Müşviq Abdullayev (Menecment, Təhsilin idarə olunması); L’Aquilla Universiteti (İtaliya): Minirə Aslanova (MBA, Beynəlxalq iqtisadi münasibətlər).

 

Doktorantura tələbəsi

Middlesex Universiteti (Birləşmiş Krallıq): Nərminə Fətəliyeva.


TOP DESTINATIONSTOP DESTINATIONS