@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ

23 June 2016

“Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursu”nda “Qonaq mühazirəçilər” seminarları

2016-cı il iyunun 23-də Xəzər Universitetinin “Neftçilər” kampusunda keçirilən “Potensial məktəb direktorları” təlim kursunda “Qonaq mühazirəçilər” seminarlarınnın növbəti görüşü baş tutdu. “Mərmər” zalda təşkil edilən seminarın budəfəki məruzəçi qonağı Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət xanım Vəliyeva idi.

“Ümumtəhsil məktəblərini  idarə edən təhsil rəhbərlərindən gözlənilən keyfiyyətlər və bacarıqlar” mövzusu ilə çıxış edən Məhəbbət xanım Vəliyeva potensial məktəb direktorlarının seçilməsi prosesi ilə əlaqədar ətraflı məlumat verdi, eyni zamanda, məktəblərdəki mövcud vəziyyətlə əlaqədar nümunələr göstərərək, məktəb rəhbərinin idarəçilik bilik bacarıqları ilə yanaşı, şəxsi keyfiyyətlərinə də diqqət çəkərək, rəhbərin hər bir davranışı, sözü, geyimi ilə rol-model olmasının əhəmiyyətini vurğuladı. 

Mühazirəsinin sonunda potensial məktəb direktorlarından gözləntilərinin dəyişikliklərə açıq, yenilikləri tətbiq edən, problemləri açıqca ortaya qoyaraq, həll yolları təklif edən liderlər olduğunu ifadə edən Məhəbbət xanım Vəliyeva iştirakçıların suallarına da cavab verdi.

Görüşdə iştirak edən Bakı Şəhər Təhsil İdarəsinin İnkişaf layihələri və innovasiya şöbəsinin müdiri, Xəzər Universitetinin müəllimi Lamiyə Şərəfxanlı da işinə məsuliyyətli yanaşan, vaxtı, resursları səmərəli idarə edən, təşəbbüskar və yaradıcı təhsil rəhbərlərinə olan büyük ehtiyacı vurğuladı.


TOP DESTINATIONSTOP DESTINATIONS