@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

17 June 2016

Xəzər Universitetinin 25 illiyi münasibətilə təntənəli mərasim

2016-cı il iyunun 16-da Xəxər Universitetinin Mərmər salonunda universitetin 25 illiyi münasibətilə təntəməli mərasim keçirildi. Mərasimdə universitet rəhbərliyi və əməkdaşlar, qonaqlar iştirak edirdilər.

Mərasim Xəzər Universitetinin tarixi və qazandığı nailiyyətlər haqqında universitetin Multimedia mərkəzinin hazırladığı sənədli filmin nümayişi ilə başlandı. Sonra universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, 25 il əvvəl azsaylı sadiq əməkdaşlarla qurmağa başladığı bu ali təhsil müəssisəsinin ötən müddət ərzində keçdiyi yola nəzər saldı, cətinliklərdən və uğurlardan, qarşıda duran vəzifələrdən danışdı. Qeyd etdi ki, iyunun 14-də QS təşkilatının Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ən yaxşı universitetlərinin 2016-cı il üçün müəyyənləşdirdiyi illik reytinq siyahısında Xəzər Universiteti 68-ci yerdə olmaqla Azərbaycan universitetləri arasında, əvvəlki illərdə olduğu kimi, yenə də birinci yerə çıxmışdır.

Daha sonra Xəzər Universitetində 20 ildən artıq çalışmış əməkdaşların adları elan edildi və mərasimdə iştirak edənlərə təşəkkürnamələr təqdim olundu. Təşəkkürnamələri universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və rektor, fəlsəfə doktoru Hassan Niknafs təqdim etdilər. Universitet Elmi Şurasının qərarı ilə Hamlet İsaxanlının xususi təşəkkürnamə ilə təltif edildiyı də elan olundu və təşəkkürnaməni ona Hassan Niknafs təqdim etdi. Təşəkkürnamə ilə təltif edilənlər haqqında universitetin Multimedia mərkəzinin hazırladığı slayd-şoular nümayiş olundu.

Təltif olunanlar adından Tarix və arxeoiogiya departamentinin müdiri Roza Arazova, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimləri Firəngiz Nəsirova və Lidiya Həmidova çıxış edərək, Xəzər Universitetinin ilk illərindən söhbər açdılar, xatirələr danışdılar.

“Dünya” məktəbinin direktoru Mərufə Mədətli yubileyi münasibətilə universitetin ünvanına xoş sözlər söylədi və hədiyyə təqdim etdi.

Mərasim Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə hazırlanmış geniş konsert proqramı ilə müşayiət olundu. Universitetin Kamera orkestrinin və pianonun müşayıəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, universitetin vokal müəllimi Məhsəti Cabbarova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Əliyevin ifasında müxtəlif mahnılar səsləndi. Universitetdə yeni yaradılmış, müəllim və əməkdaşlardan ibarət xor qrupu da ilk dəfə cıxış etdi.

Bayram tortunun kəsilməsi ilə təntənəli mərasim başa çatdı.


TOP DESTINATIONSTOP DESTINATIONS