@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

24 April 2016

Azərbaycan III Beynəlxalq Psixologiya Konfransı keçirildi.

2016-cı il aprelin 23-ü və 24-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Karyera Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan III Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.

Aprelin 23-də  konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 24-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.

Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə uzman psixiyatr İkram Rüstəmov dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda Hacettepe Universitetindən professor Tuncay Ergene, Adnan Menderes Universitetindən professor Mehmet Eskin, Geştalt Dərnəyinin qurucusu professor Ceylan Daş, Yüzüncü il Universitetindən dosent Selim Günüç, Hasan Kalyoncu Universitetindən dosent Ramin Əliyev iştirak edirdilər. Konfransda imtahan həyəcanı, internet asılılığı, psixoloji konsultasiyanın mərhələləri, homoseksuallıq, yenilməzlik kimi aktual mövzular haqqında müzakirələr aparıldı.  Konfransda iştirak edənlər psixologiya sahəsində yeni biliklər əldə etməklə yanaşı, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq, fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan tələbələr və çalışan müəllimlərlə əlaqələr qurmaq imkanı əldə etdilər.  

Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi. 


TOP DESTINATIONSTOP DESTINATIONS