@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

17 June 2016

Akademik departamentlərin elmi fəaliyyəti üzrə reytinqi müəyyənləşdirildi

2016-cı il iyunun 17-də Xəzər Universitetində akademik departamentlərin elmi fəaliyyəti üzrə reytinqinin müəyyənləşdirilməsinin nəticələri ilə əlaqədar görüş keçirildi. Görüşdə fakültə dekanları, departament müdirləri və professor-müəllim heyəti iştirak edirdilər.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görüşü açaraq, nüfuzlu beynəlxalq jurnallarda tədqiqat nəticələrinin çap olunması əhəmiyyətini qeyd etdi.

Sonra universitetin Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova reytinqin nəticələri və diqqət yetirilməsi zəruri olan məsələlər haqqında məlumat verdi.

Qeyd edək ki, 18 akademik departament 8 göstərici üzrə araşdırmaya cəlb edilmişdi.

Qiymətləndirməyə əsasən ən yüksək nəticə Riyaziyyat departamentində əldə olunmuşdur.

Xəzər Universitetinin akademik departamentlərinin elmi fəaliyyəti üzrə reytinq nəticələri aşağıdakı kimi olmuşdur:

Sıra Departamentin adı

1 Riyaziyyat

2 Bioloji Elmlər

3 Coğrafiya və ətraf mühit

4 Mədəniyyət və dillər

5 Kimya

6 Psixologiya

7 Neft mühəndisliyi

7 Jurnalistika

7 Siyasi elmlər və beynəlxalq münasibətlər

8 Təhsil

9 İqtisadiyyat və menecment

10 İngilis dili və ədəbiyyatı

11 Azərbaycan dili və ədəbiyyatı

12 Hüquq

13 Kompüter elmləri

14 Tarix və arxeologiya

14 İnşaat mühəndisliyi

14 Elektronika və telekommunikasiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


TOP DESTINATIONSTOP DESTINATIONS