@KhazarUni facebook.com/KhazarUniversity Google+ RSS Xəzər Universitəsi
AZ | EN

18 December 2015

Xəzər Universitetində “Robotiks” yarışması keçirildi

2015-ci il dekabrın 18-də Xəzər Universitetinin “Mərmər” zalında Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin 4-cu kurs tələbələrinin “Robotiks” yarışması baş tutdu.

Yarışmasında tərkibində iki iştirakçı olan 6 komanda mübarizə aparırdı. Yarış çərçivəsində komandalar 5 mərhələdə çıxış etdilər. Turnirin ən maraqlı məqamı isə robotların yarışması oldu. Hazırlanan robotlar isə münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Dünyanın məşhur mühəndislik şirkətləri – ABB, SCHNEIDER Elektrik, Emerson və Sigma qalıb gələn komandalara bir-birindən maraqlı hədiyyələr təqdim etdi. Tələbələr tərəfindən maraqla qarşılanan həddiyələrdən birisi də ABB şirkəti tərəfindən təqdim edilən ABB şirkətinin 1 həftəlik texniki seminarı oldu. Belə ki, tələbələr  beynəlxalq şirkətdə bir həftə texniki seminar keçmək şansı əldə etdilər.

Yarış nəticəsində “İddiaçılar” (I yer), “Gələcəyin texnoloji gəncləri” (II yer), “Bilinməyənlər” (III yer) komandaları müvafiq yerlər tutdu.

Həmçinin bu videoya baxın: https://www.youtube.com/watch?v=X8ryG7Sw2Vk 

 


TOP DESTINATIONSTOP DESTINATIONS